Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynadakı müharibədən zərər çəkmiş vətəndaşlara, şirkətlərə və ölkələrə kömək etmək üçün ilkin olaraq 2 milyard avro dəyərində dayanıqlıq paketi ayırdığını elan edib. Bank həmçinin şərtlər imkan verdiyi təqdirdə ölkənin yenidən qurulmasına kömək etmək üçün əlindən gələni edəcəyini vəd edib.
Vaxtı uzadılmış kreditlər, likvidliyə dəstək və ticarətin maliyyələşdirilməsi formasında Ukrayna şirkətlərinin dəstəklənməsi üçün maliyyələşdirmənin mümkün qədər tez təmin edilməsi planlaşdırılır. Mümkün hallarda müəssisələrin fəaliyyətini davam etdirə bilməsi üçün onların köçürülməsinə kömək ediləcək.
Bundan əlavə, Bankın Dayanıqlıq və Gəlir Mənbələri Proqramı Ukrayna qaçqınlarının axınından birbaşa təsirlənən ölkələrə kömək edəcək, çünki yerli idarəetmə orqanları insanların, xüsusən də qadınların, uşaqların və qocaların axınının idarə edilməsində böyük çətinliklərlə üzləşirlər.
Daha ətrafı öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,