AYİB Azərbaycanda logistika infrastrukturunun inkişafına vəsait ayıracaq
Sentyabr 2, 2022

AYİB Azərbaycanda logistika infrastrukturunun inkişafına vəsait ayıracaq


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyət göstərən iki şirkətə – West & East Forward LLC (WE Forward) və Alat Bay Industrial Development AFEZCO (Alat Bay) üçün 4 milyon ABŞ dollarına qədər kredit ayırmaq qərarına gəlib. Vəsaitlər 5 000 ton tutumu olan anbarların tikintisi üçün nəzərdə tutulub.

İnvestisiyalar Azərbaycanda kommersiya məqsədli soyuducu anbarların çatışmazlığı probleminin həllinə yönəlib. Ayrılacaq vəsaitlərin köməyilə Gürcüstanın Qara dəniz limanları ilə Bakı arasında malların çatdırılma dəyərini və vaxtını azaltmaq nəzərdə tutulub. Bununla da Azərbaycana və Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi artacaq, eyni zamanda temperatur rejimininə nəzarət edilən malların daşınması üçün yük maşınlarından az istifadə ediləcək və atmosferə yayılan karbon qazının miqdarı azalacaq.

Layihədə həmçinin beynəlxalq sertifikatlaşdırılmış logistika idarəetmə proqramının hazırlanması və 40-ı qadın olmaqla 100 tələbənin təliminə dəstək verilməsi planlaşdırılır. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,