Martın 30-da Avropa İttifaqı Şurası Aİ-yə üzv olmayan ölkələrin işaxtaranları ilə ittifaq daxilindəki işəgötürənləri əlaqələndirəcək yeni platformanın — Aİ kadr ehtiyatı bazasının yaradılmasını nəzərdə tutan reqlamenti təsdiqləyib.
Sözügedən rəqəmsal platforma Aİ hüdudlarından kənarda yaşayan və müvafiq ixtisasa malik işaxtaranların profilləri ilə mövcud vakansiyaları uyğunlaşdıracaq. Bu, Aİ-yə üzv dövlətlərdə işçi qüvvəsinin çatışmadığı sektorlarda beynəlxalq işə qəbul prosesini asanlaşdıracaq.
Platforma işaxtaranlara işə qəbul prosesi haqqında aydın məlumatlar təqdim edəcək, eləcə də namizədləri hüquqları, xüsusilə də ədalətli seçim və layiqli əmək şəraiti barədə məlumatlandıracaq. Reqlamentə həmçinin əməyin istismarının qarşısını almaq üçün təhlükəsizlik mexanizmləri daxil edilib.
Aİ kadr ehtiyatı bazası vasitəsilə iş təklifi alan şəxslər yaşayış və iş icazəsi almaq üçün milli immiqrasiya prosedurlarından keçməli olacaqlar. Platformada bu prosedurlar və yerinə yetirilməli olan şərtlər haqqında ətraflı məlumat veriləcək.
Kadr ehtiyatı bazasında iştirak üzv dövlətlər üçün könüllüdür.
Avropa Komissiyası artıq platformanın hazırlanmasına başlayıb və onun 2027-ci ilə qədər tam fəaliyyətə başlaması gözlənilir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,