Aprel 17, 2023

Aİ və BMTİP Azərbaycanın peşə təhsili sistemində karyera xidmətlərinin genişləndirilməsini dəstəkləyir


Bu yaxınlarda “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində Gəncədə ikigünlük təlim təşkil olunub. Tədbirin məqsədi Azərbaycanda peşə təhsili sistemində karyera xidmətlərinin genişləndirilməsinə dəstək verməkdir. Sözügedən layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə icra olunur.

Təlimin məqsədi hazırda fəaliyyət göstərən karyera mərkəzləri mütəxəssislərini sahə üzrə müasir bilik və bacarıqlarla tanış etmək və onların ümumi iş potensialını gücləndirməkdir. Tədbirdə Bakı, Bərdə, Cəlilabad, Gəncə və Qəbələdən 15 nəfər karyera mütəxəssisi, Azərbaycanın Təhsil İnstitutundan, Avropa Təlim Fondundan ekspertlər, o cümlədən koçinq üzrə mütəxəssis və əlaqədar təşkilatçı tərəflərin nümayəndələri daxil olmaqla 25 nəfər iştirak edib.

Hazırda layihə tərəfindən təsis edilmiş dörd karyera mərkəzi fəaliyyət göstərir. Sözügedən bu karyera mərkəzləri üzrə 13 karyera məsləhətçisi son 18 ay müddətində 1 000-ə yaxın karyera konsultasiya xidməti göstərib. Karyera xidmətləri istifadəçilərinin 60%-i kişi, 40%-i qadın olub. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,