Aİ və BMTİP Azərbaycanda peşə təhsili müəssisələrinin təşviqinə kömək edir
May 5, 2023

Aİ və BMTİP Azərbaycanda peşə təhsili müəssisələrinin təşviqinə kömək edir


Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə təhsili və təlimi müəssisələrinin mütəxəssisləri üçün təlim təşkil edib. Məqsəd peşə təhsili müəssisələrinin təşviqi üçün onların bacarıqlarını təkmilləşdirməkdir.

“Gələcək üçün peşə təhsili və  təlimi” layihəsi çərçivəsində təşkil olunan təlimin məqsədi kommunikasiya işlərini yerinə yetirən şəxsləri təhsil marketinqi üzrə müasir yanaşma və alətlərlə tanış etmək və onların iş potensialını gücləndirməkdir. Yeni biliklər sayəsində iştirakçılar ictimaiyyətin peşə təhsili haqqında məlumatlılığını artıra biləcək və bu sektora daha çox gəncin və özəl şirkətlərin cəlb olunmasına nail olacaqlar. 

Bakı şəhərində keçirilən tədbirdə paytaxtdan, həmçinin Bərdə, Qəbələ, Gəncə, Qax, İsmayıllı, Cəlilabad və Qusarda yerləşən peşə təhsili müəssisələrinin 15 nəfər kommunikasiya mütəxəssisi daxil olmaqla 22 nəfər iştirak edib.

Təlim, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi Azərbaycanda peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə dəstək verməkdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,