Aİ tərəfindən maliyyələşdirilən yeni Şərq Tərəfdaşlığı Ticarətə Dəstək Platforması istifadəyə verilib
Dekabr 17, 2021

Aİ tərəfindən maliyyələşdirilən yeni Şərq Tərəfdaşlığı Ticarətə Dəstək Platforması istifadəyə verilib


Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında ticarəti və investisiyaları dəstəkləmək məqsədilə yaradılan yeni platforma dekabrın 15-də istifadəyə verilib. Şərq Tərəfdaşlığı Ticarətə Dəstək Platforması Aİ və Şərq Tərəfdaşlığı ölkələrində idxalçılara və ixracatçılara yeni bazar imkanları yaradacaq. Platforma həmçinin şirkətlərə yeni imkanlar və potensial tərəfdaşlar müəyyən etməyə və zəruri tələb və prosedurlarla tanış olmağa kömək edəcək. 

Yeni onlayn platforma – https://eap.tradehelpdesk.org – Aİ-nin kiçik sahibkarlıq müəssisələrinə ticarətin həcmini artırmaq istiqamətində göstərdiyi səylərinin ayrılmaz hissəsidir. Eyni zamanda bu platforma vasitəsilə həmin müəssisələr ticarət sahəsində çalışan ekspertlər və biznesə dəstək təşkilatları tərəfindən fərdi məsləhətlər ala biləcəklər. O, Avropa şirkətlərinə mürəkkəb ticarət qaydalarını praktiki və fərdiləşdirilmiş məlumatlara çevirən ticarət müqavilələrindən tam faydalanmağa imkan verən Bazarlara Giriş məlumat bazasını tamamlayır.

Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissar Oliver Varhelyi platforma haqqında bunları deyib: “Şərq Tərəfdaşlığı üzrə iqtisadi və investisiya planımız vasitəsilə biz Aİ ilə region arasında iqtisadi əlaqələri gücləndirməyi və KOB-ların Aİ ilə ticarətdə iştirakını asanlaşdırmağı nəzərdə tuturuq. Bu platforma Şərq Tərəfdaşlığı regionunda prioritetlərimiz olan bərpa, dayanıqlıq və islahatlara kömək etmək və dəstəkləmək üçün praktiki üsuldur”. 

Ticarətə dəstək platforması Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Business Şərq Tərəfdaşlığı Ticarətə Dəstək Xidməti layihəsi və icraçı tərəfdaş qismində Beynəlxalq Ticarət Mərkəzi (ITC) arasında əməkdaşlıq nəticəsində hazırlanıb. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Şərq Tərəfdaşlığı Ticarətə Dəstək Platforması 

Şərq Tərəfdaşlığı Sammiti



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,