Bu gün Avropa İttifaqı (Aİ) Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycan daxil olmaqla sabit və təhlükəsiz Qara dəniz regionu üzrə yeni strategiyasını açıqlayıb.
Strategiyanın məqsədi Avropanı Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarla birləşdirmək üçün nəqliyyat əlaqələrini və iqtisadi inkişafı stimullaşdırmaqdır. Bu strategiya Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda Aİ-nin Qara dəniz regionunda etibarlı oyunçu kimi geosiyasi rolunu gücləndirəcək.
Aİ regionla daha sıx əməkdaşlıq etməyi və nəqliyyat əlaqələri üzrə regional əməkdaşlığı növbəti səviyyəyə çatdırmağı nəzərdə tutur. Qara dəniz regionu ilə gələcək əməkdaşlıq üç istiqamət üzərində qurulub:
Avropa İttifaqı regiondakı tərəfdaşları ilə birgə, regionun iqtisadi inkişaf potensialını üzə çıxarmaqla yanaşı, münaqişə və təhlükəsizliklə bağlı aktual problemləri aradan qaldırmaq məqsədilə hər bir istiqamət üzrə üç əsas təşəbbüs həyata keçirəcək:
Bu strategiya Aİ-nin bütün müvafiq alət və siyasətlərinə əsaslanaraq “Global Gateway” strategiyası və “Team Europe” təşəbbüsünə (Aİ institutları, üzv dövlətlər və Avropa maliyyə institutları arasında əməkdaşlıq çərçivəsində) uyğun olaraq investisiyaların səfərbər edilməsini təmin edəcək.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen strategiyanı şərh edərkən bildirib:
“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda Qara dəniz regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından Avropa İttifaqının fəal rolu həlledici əhəmiyyət daşıyır. Biz qonşularımızla sıx əməkdaşlıq edərək regionda sabitliyin və təhlükəsizliyin təşviqinə çalışacağıq. Birlikdə hər kəs üçün daha güclü və firavan gələcək qura bilərik”.
Avropa Komissiyası Aİ-nin bu strateji yanaşması çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün tərəfdaş ölkələrlə birgə Aİ ölkələrinin nazirlərinin xüsusi görüşünün keçirilməsini təklif etmişdir.
Daha çox öyrən
Avropa İttifaqının Qara dəniz regionu üzrə strateji yanaşması ilə bağlı suallar və cavablar
Məlumat bülleteni: Aİ -nin Qara dəniz üzrə strateji yanaşması





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,