Aİ Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini qəbul edib
Oktyabr 7, 2022

Aİ Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini qəbul edib


Bu gün Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni iqtisadi və fərdi sanksiyalar paketinin tətbiqi barədə qərar qəbul edib. Aİ-nin beynəlxalq tərəfdaşları ilə yaxından müzakirə etdiyi bu paket Rusiyanın Ukraynaya qarşı davam edən eskalasiyasına və qeyri-qanuni müharibəsinə, o cümlədən uydurma “referendumlar” əsasında Ukrayna ərazisinin qeyri-qanuni ilhaqı, əlavə qoşunların səfərbər edilməsi və açıq nüvə təhdidlərinə qarşı cavab tədbiridir.

Tədbirlərin Rusiya hökumətinə və iqtisadiyyatına təzyiqi artıracağı, eləcə də Rusiyanın gəlirlərini məhdudlaşdıracı və hərbi potensialını zəiflədəcəyi gözlənilir.

Bu paket Aİ-yə 7 milyard avro dəyərində yeni idxal qadağaları tətbiq etmək imkanı verir. Buraya, Rusiyadan hazır və yarımfabrikat polad məmulatları (bəzi yarımfabrikatlar üçün keçid dövrü nəzərdə tutulur), avtomobil və məişət texnikası, plastik, nəqliyyat vasitələri, tekstil, ayaqqabı, dəri, keramika, bəzi məhsulların idxalına qadağa daxildir. Sanksiyalar həmçinin Rusiya ordusunu və onun təchizatçılarını Ukrayna torpaqlarında müharibə aparmaq üçün lazım olan xüsusi mal və avadanlıqlardan məhrum edir. Buraya kömürün, o cümlədən bəzi elektron komponentlərin, aviasiya sənayesində istifadə olunan texniki məhsulların və bəzi kimyəvi maddələrin ixracına qadağa daxildir.

İşgəncələrə Qarşı Mübarizə üzrə Direktivə əsasən atıcı silahların və digər malların ixracına qadağa da əlavə edilib.

Sözügedən paket Aİ qanunvericiliyinə Rusiya neftinin üçüncü ölkələrə dəniz yolu ilə daşınmasına qiymət həddi və xam neft və neft məhsullarının üçüncü ölkələrə dəniz yolu ilə daşınmasına əlavə məhdudiyyətlərin müəyyən edilməsi üçün əsas verir. 

Bundan əlavə, əlavə fiziki və hüquqi şəxslər də sanksiyalara məruz qalıb. Bu, Rusiyanın işğalı, qeyri-qanuni ilhaqı və Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində/vilayətlərində qondarma “referendumlarda” iştirak edənlərə qarşı yönəlib. Buraya həmçinin müdafiə sektorunda çalışan şəxslər və qurumlar, məsələn, yüksək rütbəli və hərbi məmurlar, habelə Rusiya ordusuna dəstək verən şirkətlər daxildir. 

Paket həmçinin Aİ vətəndaşlarına bəzi dövlət müəssisələrinin rəhbər orqanlarında vəzifə tutmağı qadağan edir. O, həmçinin pul kisəsinin məbləğindən (əvvəllər 10.000 avroya qədər icazə verilir) asılı olmayaraq, bütün kriptovalyuta pul kisələri, hesabları və ya saxlama xidmətlərini qadağan etməklə mövcud kripto aktiv qadağalarını sərtləşdirir.

Səkkizinci paket həmçinin Rusiya hökumətinə və ya Rusiyada qeydiyyatdan keçmiş hüquqi şəxslərə təqdim edilməyən xidmətlərin çeşidini genişləndirir. İndi buraya İT konsaltinq, hüquqi məsləhət, memarlıq və mühəndislik xidmətləri daxildir. 

Daha çox öyrən

Avropa Komissiyasının mətbuat üçün açıqlaması

Avropa İttifaqı Şurasının mətbuat üçün açıqlaması



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,