Aİ ölkələri Ukraynadakı humanitar böhranla mübarizədə həmrəylik nümayiş etdirir
Mart 14, 2022

Aİ ölkələri Ukraynadakı humanitar böhranla mübarizədə həmrəylik nümayiş etdirir


Aİ-nin Mülki Müdafiə Proqramı çərçivəsində 27 Aİ-yə üzv ölkə, eləcə də Norveç və Türkiyə Ukraynaya yardımlar edəcək. Bu, proqram tarixində ən böyük belə humanitar yardım kampaniyasıdır.

Yardımlara ilkin tibbi yardım dəstləri, sığınacaq avadanlığı, yanğınsöndürmə cihazları, su nasosları, elektrik generatorları və yanacaq kimi 80 milyon müxtəlif əşya daxildir. Ukraynaya yardımla bağlı Aİ-yə edilən müraciətlərin sayı artır. 

Qonşu Moldova, Polşa və Slovakiya isə müharibə səbəbindən Ukraynanı tərk edən qaçqın axını səbəbindən sözügedən proqram vasitəsilə yardım üçün müraciət ediblər və bir neçə Aİ ölkəsi onları sığınacaq vasitələri, dərman vasitələri, gigiyenik vasitələr və elektrik generatorları ilə təmin ediblər.

Bundan əlavə, Aİ Moldovaya humanitar yardım üçün əlavə olaraq 3 milyon avro ayırır. Bu maliyyə vəsaiti ilə Ukraynalı qaçqınlara isidici cihazlar və sığınacaqlar, qoruyucu vasitələr, daşınma və səhiyyə xidmətindən istifadə, eləcə də nağd pul yardımları ediləcək.

Böhranların İdarə Edilməsi üzrə Komissar Janez Lenarçiç Rumıniya hökuməti ilə görüşmək və Ukraynalı qaçqınlar üçün göndərilən yardımları əlaqələndirmək üçün hazırda Rumıniyada səfərdədir. “İkinci Dünya müharibəsindən sonra Avropa tarixin ən böyük humanitar fəlakəti ilə üzləşib. Bu çətin dövrdə Avropa ölkələrinin öz iradəsinə zidd olaraq bu müharibəyə sürüklənmiş Ukrayna xalqını dəstəkləmək üçün bir araya gəldiyini və səxavətini görürük”, – deyə Lenarçiç bildirib.

Göndərilən böyük miqdarda yardımları səmərəli şəkildə idarə etmək üçün Avropa Komissiyasının Fövqəladə Hallarla Mübarizə üzrə Əlaqələndirilmə Mərkəzinin köməyilə Polşa və Rumıniyada logistik mərkəzlər yaradılıb. Bu mərkəzlər ittifaqa üzv dövlətlər tərəfindən göndərilən yardımları toplayacaq və Ukraynaya göndərəcək. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,