Mayın 9-da Avropa İttifaqının təməlinin qoyulduğu gün kimi tarixə düşüb. 1950-ci ilin bu günü günümüzdə Şuman Bəyannaməsi kimi tanınan sənədin imzalanması ilə Fransa Xarici işlər naziri Robert Şuman ümumi Ali orqanın nəzarəti altında Avropa Kömür və Polad Birliyinin təsis edildiyini elan edib.
Şuman Bəyannaməsinin ardınca, 1951-ci ilin aprel ayının 18-də Parisdə Avropa Kömür və Polad Birliyinin təsis edilməsi haqqında Saziş imzalanıb. Belçika, Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Lüksemburq və Niderland (daxili altılıq) tərəfindən ratifikasiya edildikdən sonra bu saziş 23 iyul 1952-ci ildə qüvvəyə minmişdir.
Bu sənəd ilk millətlərüstü Avropa təşkilatının, Avropa Kömür və Polad Birliyinin yaradılmasına şərait yaratmışdır. Sazişin əsas məqsədinin kömür və polad üçün vahid bazarın yaradılması olmasına baxmayaraq, o, həmçinin tədricən siyasi ittifaqa çevriləcək iqtisadi birliyin əsasını qoymuşdur.
Saziş əsasında Ali orqan, Ümumi Assambleya, Xüsusi Nazirlər Şurası və Ədalət Məhkəməsi yaradıldı və günümüzdə bu orqanlar Avropa İttifaqının təsisatlarına çevrilib. Bunlar Komissiya, Parlament, Şura və Ədalət Məhkəməsidir.
9 may 1950-ci il tarixində imzalanan Şuman Bəyannaməsinin əhəmiyyətini nəzərə alaraq həmin gün “Avropa günü” adı altında Avropada və dünyada, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində təntənəli şəkildə qeyd olunur.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,