Aİ-nin narkotiklər üzrə agentliyi Şərq Tərəfdaşlığı ölkələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi haqqında yeni məlumatlar açıqlayıb
Noyabr 22, 2022

Aİ-nin narkotiklər üzrə agentliyi Şərq Tərəfdaşlığı ölkələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi haqqında yeni məlumatlar açıqlayıb


Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) dərc etdiyi yeni hesabatda yeni narkotik ticarəti marşrutlarının yaranması, onlayn bazarların genişlənməsi və daha geniş çeşiddə narkotik maddələrin mövcudluğu haqqında məlumatlar yer alır. 

Mərkəzin məlumatına əsasən, Şərq Tərəfdaşlığı regionu narkotiklərin qeyri-qanuni dövriyyəsində tranzit rolunu oynayır və buradan bir neçə əsas ticarət marşrutu keçir. Belarus, Moldova və Ukrayna Aİ ilə həmsərhəd ölkələrdir. Bu ölkələr Avropaya heroin qaçaqmalçılığında şimal marşrutu hesab edilir. Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan tiryək və heroin istehsalı üzrə qlobal mərkəz və son zamanlar metamfetamin istehsalı zonası olan Əfqanıstanın yaxınlığında yerləşir. Əfqanıstandan iki əsas heroin qaçaqmalçılığı marşrutu (Balkan və Şimal marşrutları) regiona təsir göstərir.

EMCDDA bildirir ki, Avropa Qonşuluq Siyasəti Şərq regionunda heroindən istifadənin azalması və sintetik opioidlərin (“küçə” metadonu kimi), xüsusən də Belarus, Moldova və Ukraynada istifadəsinin artması ilə bağlı məlumatlar var. Bundan əlavə, bölgədə kokain istifadəsi və müsadirələrin aşağı səviyyədə olduğu bildirilir.  

“Regiondakı əsas yenilik onlayn narkotik bazarlarının genişlənməsidir. Bu bazarlar indi Ermənistanda, Belarusda, Gürcüstanda, Moldovada və yaxın vaxtlara qədər Ukraynada narkotiklərin alqı-satqısında daha mühüm rol oynayır”, – agentlik qeyd edir.   

Hesabatda o da vurğulanır ki, mütəşəkkil cinayətkar şəbəkələr regionun bəzi ölkələrində sintetik narkotiklərin istehsalında iştirak edirlər. Buraya metamfetamin istehsalının 2018-ci ildən bəri artdığı Azərbaycan da daxildir.  

Nəticələr 2019-2022-ci illər arasında EMCDDA tərəfindən maliyyələşdirilən tədqiqata, o cümlədən iki region üzrə 100-dən çox maraqlı tərəflərlə aparılan müsahibələrə əsaslanır. Müsahibə iştirakçıları arasında gömrük və təhlükəsizlik işçiləri, səhiyyə işçiləri, tədqiqatçılar, QHT, hökumət və beynəlxalq təşkilatların nümayəndələri olub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,