Aİ EU4Business proqramının yeni fazasının icrasına başlayır 
İyul 7, 2023

Aİ EU4Business proqramının yeni fazasının icrasına başlayır 


Avropa İttifaqı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) davamlı və bərabər inkişafını dəstəkləmək məqsədilə EU4Business Proqramının III Fazasına start verib.

Almaniyada fəaliyyət göstərən inkişaf üzrə konsaltinq sahəsində lider olan “GOPA Worldwide Consultants” şirkəti növbəti dörd il ərzində bu təşəbbüsü idarə edəcək.

EU4Business proqramı Şərq Tərəfdaşlığı regionunda özəl sektorun inkişafına kömək edən Aİ layihələrinin müntəzəm və hərtərəfli monitorinqini aparacaq, regional və ikitərəfli EU4Business layihələrinin təsirini və nəticələrini qiymətləndirəcək, o cümlədən Aİ dəstəyinin daha böyük kütləyə çatdırılmasını və təbliğini artıracaq. 

Burada əsas məqsəd KOB-ları dəstəkləyən EU4Business təşəbbüsü çərçivəsində layihələrlə əlaqələndirilməni yaxşılaşdırmaq və sahibkarlar, beynəlxalq maliyyə qurumları, dövlət orqanları, təhsil müəssisələri və digərləri kimi əsas maraqlı tərəfləri cəlb etməkdir. 

EU4Business təşəbbüsü investisiyaların artırılması və sosial-iqtisadi şəraitin yaxşılaşdırılması, nəticədə qadın sahibkarlara, ucqar kənd yerlərindəki sahibkarlıq müəssisələrinə, gənc sahibkarlara dəstək, müəssisələrin təmiz texnologiyalara keçidi və maliyyəyə çıxış daxil olmaqla, özəl sektor üçün daha çox məşğulluq və gəlir imkanları təmin etmək məqsədi daşıyır.

2021-ci ildə EU4Business təşəbbüsü 78.045 KOB-a dəstək verərək heyrətamiz nəticələr əldə edib. Dəstəklənən KOB-lar 2,03 milyard avro əlavə gəlir əldə edib və 66,678 yeni iş yerinin yaradılmasına töhfə verib. KOB-ların dövriyyəsində 26,23%, ixracda isə 11,2% nəzərəçarpacaq dərəcədə artım müşahidə edilib. Bu, dəstək üçün EU4Business proqramına müraciət etməyən KOB-ların göstəricilərini xeyli üstələyir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,