Fevralın 7-də Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan hökuməti insanların həyatını xilas etmək və məcburi köçkünlərin evlərinə qayıtmasına kömək məqsədilə minalardan təmizləmə layihəsinə başlayıb.
Avropa İttifaqı “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinə 4,25 milyon avro maliyyə vəsaiti ayırıb. Layihə 20 kəndi əhatə edir və 33 604 ailə bu layihədən birbaşa faydalanacaq.
Layihənin yerli orqanların potensialını gücləndirməsi və yerli və beynəlxalq QHT-lər arasında tərəfdaşlığı təşviq edəcəyi gözlənilir. Layihə çərçivəsində həmçinin ANAMA-nın idarəçilik və mina əleyhinə innovativ həllərin tətbiqi sahəsində potensialını gücləndiriləcək.
BMTİP minaların və partlamamış hərbi sursatların aşkar edilməsi və məhv edilməsi üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək verəcəyini bildirir. Bundan əlavə, BMTİP minaların aşkarlanması və xüsusi avadanlıqların alınması üçün xəritələr hazırlayacaq. Layihə çərmivəsində Azərbaycanda ənənəvi olaraq kişi peşəsi sayılan minatəmizləmə əməliyyatlarına qadınların cəlb olunması planlaşdırılır.
“Minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına mane olur, onların evlərinə və kənd təsərrüfatı sahələrinə çıxışına mane olur, beləliklə də, onları yaşayışlarını bərpa etmək imkanlarından məhrum edir”, – BMTİP-in Azərbaycan üzrə nümayəndəsi Nuno Queyros Şuşada baş tutan açılış mərasimində deyib. O əlavə edib ki, son 20 ildə BMTİP Azərbaycanda 850 000-dən çox mina və digər partlayıcı silah-sursatın təmizlənməsində ANAMA-ya dəstək verib, 160 500-dən çox məcburi köçkün uşaq, qadın və kişilərin təhlükəsiz geri qayıtmasına yardım edib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,