Aİ 2024-cü il üzrə insan hüquqları sahəsində prioritetlərini qəbul edib
EU
Yanvar 23, 2024

Aİ 2024-cü il üzrə insan hüquqları sahəsində prioritetlərini qəbul edib


Bu gün Avropa İttifaqı Şurası Avropa İttifaqının 2024-cü ildə BMT-nin insan hüquqları forumları üçün yekun prioritetlərini qəbul edib. Sənəddə Avropa İttifaqı Şurası Aİ-nin cari “silahlı münaqişələr, avtoritarizm, dezinformasiya və gender bərabərliyinə müqavimətlə xarakterizə olunan gərgin beynəlxalq mühitdə” insan hüquqları, çoxtərəflilik və beynəlxalq ədalət mühakiməsi sisteminə sadiqliyini bir daha təsdiqləyir.

Şura bildirib ki, Aİ “harada baş verməsindən asılı olmayaraq” qlobal səviyyədə insan hüquqlarının vəziyyətini izləməyə və insan hüquqlarının pozulması hallarını pisləməyə və “beynəlxalq forumlarda bir sıra təşəbbüslər həyata keçirməyə” davam etməyə hazırdır. 

“Aİ günahkarların məsuliyyətə cəlb edilməsi üçün insan hüquqlarının pozulması ilə bağlı müstəqil araşdırmaları dəstəkləyəcək”, – Aİ Şurasının mətbuat üçün açıqlamasında deyilir.

Aİ bütün ölkələri ölüm cəzasını ləğv etməyə, İşgəncəsiz Ticarət üzrə Qlobal Alyansın fəaliyyətini təşviq etməyə və ölüm cəzası və işgəncələrdə istifadə olunan malların ticarətini qadağan etmək üçün əlavə addımları nəzərdən keçirməyə davam edəcək. 

Bundan əlavə, Aİ bütün ölkələri demokratik təsisatların düzgün fəaliyyətini təmin etməyə, korrupsiya ilə mübarizə aparmağa və din və ya inanc və ifadə azadlığını dəstəkləməyə çağırır. 

Şura həmçinin Aİ-nin bu sahədə məqsədlərinə nail olmaq üçün dünyanın bütün regionları, təşkilatlar və müvafiq maraqlı tərəflərlə əməkdaşlığı davam etdirəcəyini bildirib.

BMT-nin insan hüquqları forumlarında Aİ-nin prioritetlərinə dair Şuranın yekun qərarı hər il qəbul olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,