Vətəndaş cəmiyyəti layihəsi “Tətbiqlərin uyğunlaşdırılması üzrə Şərq Tərəfdaşlığı sprinti” keçirir
Fevral 5, 2021

Vətəndaş cəmiyyəti layihəsi “Tətbiqlərin uyğunlaşdırılması üzrə Şərq Tərəfdaşlığı sprinti” keçirir


Fevralın 2-də Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı dörd həftəlik “Tətbiqlərin uyğunlaşdırılması üzrə Şərq Tərəfdaşlığı sprinti” adlı intensiv onlayn tərtibat sprintinə start verib. Azərbaycan, Ermənistan, Belarus, Moldova və Ukraynadan olan vətəndaş cəmiyyəti nümayəndələri və İT mütəxəssislərindən ibarət altı komanda sözügedən layihənin 2017-2020-ci illərdə keçirdiyi hakatonlar zamanı hazırlanmış altı rəqəmsal həllin yenidən istifadəsi üzərində işləyəcək. Sözügedən bu texnoloji həllər mart ayında internetdə istifadəyə veriləcək. 

Azərbaycandan olan komanda (Kekalove Adaptive Social Enterprise) və Ermənistandan olan komanda (DiverCity)  Bakı və Ermənistan şəhərlərindəki ictimai yerlərin mövcudluğunu qiymətləndirməyə imkan verən interaktiv xəritə üzərində işləyəcək. Texnoloji həllər 2019-cu ildə keçirilən hakatonun qalibi olan Ukraynanın  Provodnik.Online texnoloji həllinə əsaslanacaq.

Belarusun Şəhər Təşəbbüsləri Mərkəzinin komandası, layihənin 2017-ci ildə keçirdiyi ilk hakatonun qalibi olan Serebranka.BY tərəfindən yaradılan koddan istifadə edərək Mogilevdə (Belarus) ictimai yerlərin dizaynı və dəyişdirilməsində ictimaiyyətin iştirakına imkan yaradan platforma hazırlayacaq.

Moldovanın Openmoney.MD layihəsinin komandası açıq ictimai tenderlərdə fərdi əşyaların satış qiymətlərini müqayisə etmək üçün veb-modul istifadəyə verəcək. Bu texnoloji həll Ukraynada bazarın araşdırılması alətini kopyalayacaq.

İki Ukraynalı vətəndaş cəmiyyəti fəalı 2018-ci ilin hakatonunun qalibi olan Belarusun Doika ianə moduluna əsaslanaraq vətəndaş cəmiyyəti təşkilatlarına birbaşa internet saytlarında ianə toplamağa imkan verən onlayn modul hazırlayacaq. Bundan başqa, Ukraynalı bir qrup könüllü evsiz heyvanlara, heyvan sığınacaqlarına və heyvan hüquqları müdafiəçilərinə kömək edən Ukraynalı könüllülər üçün kraudfandinq platforması hazırlamaq üçün Belarusun SaveUs platformasından (2020-ci ilin hakatonun qalibi, hazırlanma mərhələsində olan platforma) istifadə edəcək.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı elektron təhsilə əsaslanan innovasiyalar, dövlət sektorunun hesabatlılığını təkmilləşdirmək üçün rəqəmsal həllərin hazırlanması və regionda vətəndaş cəmiyyətləri və hökumətlər arasında şəbəkələrin qurulması vasitəsilə vətəndaş cəmiyyəti iştirakçılarının rolunu təşviq edir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

ŞT Vətəndaş Cəmiyyəti Proqramı

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,