Bakıda beynəlxalq müasir incəsənət sərgisi təşkil ediləcək
Noyabr 15, 2021

Bakıda beynəlxalq müasir incəsənət sərgisi təşkil ediləcək


Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş “Şərq irsi” adlı beynəlxalq müasir incəsənət sərgisi təşkil ediləcək.

Sərgi 17 noyabr – 1 dekabr tarixlərində XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək. Hamama gələn qonaqlara çay ilə birgə verilən şirniyyatlara görə xalq arasında “Şirin hamam” kimi tanınan bu məkan, İçərişəhər qalasının Salyan darvazasının yaxınlığında yerləşir.

Qasım bəy hamamı son 30 il ərzində ziyarətçilərin üzünə bağlı olub. Yaxın zamanlarda burada təmir işlərinin aparılacağı gözlənilir.

Daha ətraflı

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,