Aİ Azərbaycanda aqrar məsləhət xidmətləri ilə bağlı qanun layihəsinin hazırlanmasına dəstək göstərir
Mart 19, 2021

Aİ Azərbaycanda aqrar məsləhət xidmətləri ilə bağlı qanun layihəsinin hazırlanmasına dəstək göstərir


Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra edilən “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində bu sahədə qanunverici bazanın yaradılması və əsas qanun layihəsinin hazırlanmasına dəstək göstərilir. Hazırlanacaq yeni qanunvericilik mexanizmi layihə tərəfindən Azərbaycan hökumətinə təqdim ediləcək yeni aqrar məsləhət xidməti modelinin və aqrar məsləhət xidmətlərinin həyata keçirilməsi ilə bağlı beşillik strategiyanın həyata keçirilməsi üçün zəmin yaradacaq.

Layihə mütəxəssisləri “Aqrar məsləhət xidmətləri haqqında” qanun layihəsinin hazırlanmasına dair işçi qrupa daxil edilib. İşçi qrupa Azərbaycan üçün hazırlanmış Aqrar məsləhət xidməti modelini təqdim edən mütəxəssislər bu modelin işlək olması üçün dövlət, özəl, biznes və vətəndaş cəmiyyəti arasında tələb olunan tənzimləmələr barədə məlumat veriblər. Onlar ölkə üçün təqdim olunan yeni aqrar məsləhət xidməti modelində dövlətin rolu, əsas iştirakçıların mövqeləri və fermerlərlə birbaşa ünsiyyətdə olacaq, ona xidmət göstərəcək qrupların funksiyalarını açıqlayıb.

Qanun layihəsində bütün bu qruplar arasında münasibətlərin dəqiq tənzimlənməsinin və hər bir iştirakçının rolunun dəqiq ifadə olunmasının vacibliyi qeyd olunub.

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi beşillik strategiyanın hazırlanmasından başqa, ölkənin 2 regionunda – Gəncə-Qazax və Quba-Xaçmaz regionunda təklif edilən modelin sınaqdan keçirilməsi istiqamətində də fəaliyyət göstərir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,