Varşava Avro-Atlantik Yay Akademiyası Şərq Tərəfdaşlığı ölkələrindən iştirakçılar dəvət edir
Aprel 4, 2024

Varşava Avro-Atlantik Yay Akademiyası Şərq Tərəfdaşlığı ölkələrindən iştirakçılar dəvət edir


Varşava Avro-Atlantik Yay Akademiyası (WEASA) 2024-cü il üzrə iştirakçıların qeydiyyatına başlayıb. Akademiya 1-10 iyul tarixlərində Polşanın paytaxtı Varşavada Avropa Kollecində keçiriləcək. 

WEASA Şərq Tərəfdaşlığı və Qərbi Balkan ölkələrindən olan mütəxəssislər üçün illik yay məktəbidir. Akademiya Aİ tərəfindən maliyyələşdirilən Natolindəki Avropa Kolleci, Polşa-Amerika Azadlıq Fondu və ABŞ-ın Almaniya Marşal Fondu ilə əməkdaşlıq çərçivəsində təsis edilib.  

Bu ilki akademiyanın mövzusu: “İmpuls axtarışında. Böhran dövründə Avro-Atlantik inteqrasiyanın qəbulu”dur. Akademiya Avropanın genişlənməsi, təhlükəsizliyi və geosiyasəti ilə bağlı cari məsələləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və uzunmüddətli perspektivdə Avro-Atlantik inteqrasiyanı inkişaf etdirəcək ümumi həllər tapmaq imkanı verəcək. WEASA 2024 həmçinin iştirakçılara yeni bacarıqlar mənimsəməyə və ölkələrinin Avropaya inteqrasiyası zamanı üzləşdiyi çətinliklərdən daha çox xəbərdar olmağa kömək edəcək. Proqrama mühazirələr, seminarlar, debatlar və fərdi bacarıqların artırılmasına yönəlmiş sessiyalar daxildir.

WEASA Şərq Tərəfdaşlığı və Qərbi Balkan ölkələrinin vətəndaşları olan siyasi analitiklər, ekspertlər, məsləhətçilər, dövlət qulluqçuları, jurnalistlər, özəl sektorda çalışan mütəxəssislər və QHT-lərdə işləyən peşəkarları (adətən azı beşillik peşəkar təcrübəyə malik) akademiyada iştirak etməyə dəvət edir.

Təşkilatçılar iştirakçıların 350 avroya qədər səyahət xərclərini qarşılayır. Yay akademiyası ərzində yerləşmə və qidalanma təşkilatçılar tərəfindən tam qarşılanacaq.

Ərizələrin təqdim olunması üçün son tarix 26 apreldir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Aprel 26, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,