
İsveç Mülki Fövqəladə Hallar Agentliyi (MSB) Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində təbii və insan fəaliyyəti nəticəsində meydana gələn fəlakətlərə qarşı profilaktika, hazırlıq və reaksiya proqramının üçüncü fazası” (PPRD East 3) üçün Azərbaycanda yarımştat yerli əlaqələndirici vəzifəsinə işçi qəbul edir.
“PPRD East” proqramının üçüncü fazası Şərq Tərəfdaşlığı ölkələrində fəlakət riskinin azaldılması, böhranların idarə edilməsinin gücləndirilməsi, tərəfdaş ölkələr arasında və Aİ-nin Mülki Müdafiə Proqramı ilə regional əməkdaşlığın təşviqi məqsədilə 2020-ci ildə icra olunmağa başlayıb. Proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada fəaliyyət göstərir.
Yerli əlaqələndirici layihənin fasilitatorlarına və ekspertlərinə gündəlik texniki dəstək göstərəcək, ekspert missiyalarının maddi-texniki təminatının təşkilinə, Azərbaycanda keçirilən təlimlərin, seminarların və digər layihə tədbirlərinin təşkilinə köməklik edəcək. O, həmçinin proqram və fəaliyyətlərdə iştirak edən digər maraqlı tərəflər arasında sıx iş əlaqələrini inkişaf etdirərək Azərbaycan və İngilis dillərində tərcümədə köməklik göstərəcək.
Yarımştat vəzifə üçün əmək haqqı aylıq 700 avro təşkil edir.
Müraciətlərin son qəbulu tarixi avqustun 18-dir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.