Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu növbəti 2024-2025-ci illər üçün nümayəndələrin qəbuluna başlayır
Fevral 26, 2024

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu növbəti 2024-2025-ci illər üçün nümayəndələrin qəbuluna başlayır


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF) 2024-2026-cı illəri əhatə edən dövr üçün Foruma nümayəndələrin qəbuluna başlayır.

Hər iki ildən bir ŞT VCF nümayəndələrin qəbulunu elan edir və altı Şərq Tərəfdaşlığı ölkəsində və Avropa İttifaqına üzv dövlətlərində fəaliyyət göstərən təşkilatları ərizə ilə müraciət etməyə dəvət edir. 

Mandatları müddətində seçilmiş nümayəndələr Şərq Tərəfdaşlığı regionunda fəaliyyət göstərən tanınmış vətəndaş cəmiyyəti təşkilatlarının sırasına qatılacaqlar. Onlar 300-dən artıq maraqlı tərəfi, donorları və vətəndaş cəmiyyəti nümayəndələrini birləşdirən ŞT VCF-in Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammitinə müstəsna iştirak haqqı qazanacaqlar. Onlar həmçinin şəbəkə qurmaq və illik işçi qruplarında və Baş Assambleyanın iclaslarında fəal iştirak etmək imkanı əldə edəcəklər. Bu nümayəndələr birlikdə ümumi məqsədləri müdafiə edəcək, regional layihələrdə əməkdaşlıq edəcək, eləcə də Şərq Tərəfdaşlığının rəsmi siyasət tədbirlərinə qatılacaq, maliyyələşdirmə və potensialın artırılması imkanlarından istifadə edərək Forumun təşkil etdiyi digər müxtəlif tədbirlərdə iştirak edəcəklər. 

ŞT VCF qeyri-hökumət təşkilatlarını burada olan xüsusi forma vasitəsilə ərizə təqdim etməyə dəvət edir. Ərizəni ingilis və ya rus dillərində (ingilis dilinə üstünlük verilir) təqdim etmək olar. 

Ərizələrin son qəbulu tarixi 10 mart 2024-cü ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu 2023-cü il üzrə regional indeksini təqdim edib

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycanı media və vətəndaş cəmiyyətinə qarşı bütün növ təqiblərə son qoymağa çağırıb

Brüsseldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 15-ci illik toplantısı keçirilib

BAĞLANIŞ TARİXİ:

Mart 10, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,