Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) yeni şəbəkələr yaratmaq və mövcud şəbəkələri və əməkdaşlığı gücləndirmək üçün qrant layihələri ilə müraciət etməyə dəvət edilirlər.
Qrant layihələri müsabiqəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Transatlantik Fondun (TF) rəhbərlik etdiyi Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Artırılması (ERICS-EaP) layihəsi çərçivəsində ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Proqramı ilə birgə həyata keçirilir.
VCT-lər müxtəlif şəbəkə fəaliyyətlərini dəstəkləmək üçün maliyyə üçün müraciət edə bilərlər. Buraya regional şəbəkələrin qurulması, transsərhəd əməkdaşlıq, qabaqcıl təcrübələrin paylaşılması və hüquqların müdafiəsi və s. daxildir. Şəbəkə tədbirləri demokratiyanın təşviqi, vətəndaşların fəal iştirakı, insan hüquqları, media, dezinformasiya, şəffaflıq, qanunun aliliyi və s. kimi mövzulara həsr oluna bilər.
30 000 avro məbləğində qrantlar 12 aya qədər layihə müddətini əhatə edir.
ŞT ölkələrində qeydiyyatdan keçmiş (mümkünsə) və fəal VCT-lər seçim kriteriyalarına uyğundur. Layihələrdə azı üç ŞT ölkəsindən təşkilatlar olmalıdır.
Müraciətlərin təqdim olunması üçün son tarix 13 martdır.
ERICS-EaP layihəsi Şərq Tərəfdaşlığı regionunda inklüziv, dayanıqlı və demokratik cəmiyyətləri inkişaf etdirmək məqsədi daşıyır. Layihədə vətəndaş cəmiyyəti təşkilatlarının imkanlarının artırılması və onların ŞT ölkələrində demokratikləşmə, islahatlar və bərpa proseslərində iştirakını gücləndirmək nəzərdə tutulub.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,