Şərq Tərəfdaşlığı ölkələrindəki vətəndaş cəmiyyəti təşkilatları üçün qrant müsabiqəsi
Sentyabr 6, 2024

Şərq Tərəfdaşlığı ölkələrindəki vətəndaş cəmiyyəti təşkilatları üçün qrant müsabiqəsi


Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) yeni şəbəkələr yaratmaq və mövcud şəbəkələri və əməkdaşlığı gücləndirmək üçün qrant layihələri ilə müraciət etməyə dəvət edilirlər.

Qrant layihələri müsabiqəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Transatlantik Fondun (TF) rəhbərlik etdiyi Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Artırılması (ERICS-EaP) layihəsi çərçivəsində ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Proqramı ilə birgə həyata keçirilir.

VCT-lər müxtəlif şəbəkə fəaliyyətlərini dəstəklənməsi məqsədilə maliyyə üçün müraciət edə bilər. Buraya regional şəbəkələrin qurulması, transsərhəd əməkdaşlıq, qabaqcıl təcrübələrin paylaşılması və hüquqların müdafiəsi və s. daxildir. Şəbəkə tədbirləri demokratiyanın təşviqi, vətəndaşların fəal iştirakı, insan hüquqları, media, dezinformasiya, şəffaflıq, qanunun aliliyi və s. kimi mövzulara həsr oluna bilər.

30 000 avro məbləğində qrantlar 12 aya qədər layihə müddətini əhatə edir. 

ŞT ölkələrində qeydiyyatdan keçmiş (mümkünsə) və fəal VCT-lər seçim kriteriyalarına uyğundur. Layihələrdə azı 3 ŞT ölkəsindən təşkilatlar olmalıdır.  

Ərizə ilə müraciət üçün son tarix 4 oktyabrdır. 

Müsabiqə ilə bağlı 20 sentyabr 2024-cü il tarixində Buxarest vaxtı ilə saat 11:00-da məlumat sessiyası keçiriləcək. İştirak etmək üçün 17 sentyabr tarixinədək burada qeydiyyatdan keçin.  

ERICS-EaP layihəsi Şərq Tərəfdaşlığı regionunda inklüziv, dayanıqlı və demokratik cəmiyyətlərin inkişafına yönəlib. Layihədə vətəndaş cəmiyyəti təşkilatlarının imkanlarının artırılması və onların ŞT ölkələrində demokratikləşmə, islahatlar və bərpa proseslərində iştirakını gücləndirmək nəzərdə tutulub. 

Ətraflı öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Oktyabr 4, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,