Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Artırılması “(ERICS-EaP) layihəsi altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsindən vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lər) nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və liderləri və qeyri-rəsmi qrupların nümayəndələri arasında regional şəbəkələrin qurulmasını, mübadilə və əməkdaşlığın təşviqi məqsədilə fərdi səyahət qrantlarının ayrılması üçün müraciətlərin qəbuluna başlayıb.
Transatlantik Fondu (TF) ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Fondu proqramı ilə birgə layihəyə rəhbərlik edir.
Layihədə vətəndaş cəmiyyəti nümayəndələrinə, vətəndaş cəmiyyəti fəallarına və liderlərinə və qeyri-rəsmi qrupların nümayəndələrinə mövcud regional şəbəkələşmə tədbirlərində, forumlarda və birgə təşəbbüslərdə iştirak etməyə imkan yaratmaq üçün növbəti iki il yarım müddət ərzində hər biri maksimum 1 500 avro olmaqla 50 səyahət qrantının verilməsi nəzərdə tutulub.
Altı Şərq Tərəfdaşlığı ölkəsindən birində çalışan (istisna: mühacirətdə olan VCT-lər) liderlər, heyət, könüllülər, vətəndaş cəmiyyəti fəalları və liderləri, qeyri-rəsmi qrupların nümayəndələri daxil olmaqla vətəndaş cəmiyyətinin nümayəndələri layihədə iştirak edə bilər.
Konkret son tarix təyin edilməyib. Müraciətlərinizi davamlı olaraq bu e-poçt ünvanına göndərə bilərsiniz.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,