Rəqəmsal marketinq və sosial media sahəsindəki KOB-lar və BDT-lər üçün Estoniyaya səfər təşkil ediləcək
Fevral 29, 2024

Rəqəmsal marketinq və sosial media sahəsindəki KOB-lar və BDT-lər üçün Estoniyaya səfər təşkil ediləcək


“EU4Business: Şirkətlərin əlaqələndirilməsi” layihəsi EU4Business və Ermənistanın Civitta şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada çalışan marketinq və kommunikasiya mütəxəssislərini may ayında Estoniyaya işgüzar səfərə dəvət edir.

Səfərdə iştirak edəcək şəxslər orqanik və bio qidalar, yaradıcı sənaye, tekstil, turizm və şərab sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrində (KOB-lar) və ya biznesə dəstək təşkilatlarında (BDT-lər) işləməli və İngilis dilində sərbəst danışmalıdırlar. Onlar Estoniya ekosistemi haqqında məlumat əldə etmək və rəqəmsal marketinq və sosial media vasitəsilə məhsul və xidmətlərini səmərəli şəkildə təşviq etmək üçün lazımi bacarıq və bilikləri əldə etmək üçün martın 20-dən 24-dək Tallinə səfər edəcəklər.

Müraciət üçün son tarix 20 martdır, amma təşkilatçılar mümkün qədər tez müraciət etməyə çağırır. 

Təşkilatçılar tərəfindən gediş-dönüş yol xərci, viza rüsumları (tələb olunduqda), proqram müddətində oteldə yerləşmə, qidalanma və Estoniyanın qabaqcıl startap və texnologiya tədbiri olan Latitude59 –a giriş bileti qarşılanacaq. 

EU4Business: Şirkətlərin əlaqələndirilməsi” (EU4BCC) layihəsi Aİ-nin EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilir. Layihə KOB-lara ticarətin həcmini artırmağa yardım etməklə, daxili investisiyaları cəlb etməklə və Aİ şirkətləri ilə biznes əlaqələrini gücləndirməkdə kömək etməklə Şərq Tərəfdaşlığı ölkələrində davamlı iqtisadi inkişafı və iş yerlərinin yaradılmasını dəstəkləyir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 20, 2024


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,