Qrant müsabiqəsi: Aİ və BMTİP Azərbaycanın Lənkəran-Astara İqtisadi Rayonunda birgə təşəbbüslərin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan edir
11 Aprel 2024

Qrant müsabiqəsi: Aİ və BMTİP Azərbaycanın Lənkəran-Astara İqtisadi Rayonunda birgə təşəbbüslərin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan edir


Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) Lənkəran-Astara İqtisadi Rayonunda birgə təşəbbüslərin dəstəklənməsi üçün qrant müsabiqəsi elan edir.

Müsabiqə Aİ tərəfindən maliyyələşdirilən, BMTİP və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən “Lənkəran-Astara İqtisadi Rayonunda Meyvə-Tərəvəz Sektorunda Rəqabət Qabiliyyətinin, Əməkdaşlığın və Müasirləşmənin Təşviqi” (EU4 Lankaran) layihəsi çərçivəsində keçirilir. 

Qrant müsabiqəsində meyvə-tərəvəz dəyər zənciri iştirakçılarını dəstəkləmək üçün qalib gəlmiş təşəbbüslərə 10 000 – 200 000 avro məbləğində nağdsız yardım göstəriləcək.

Müsabiqəyə qeyri-rəsmi təsis edilmiş meyvə-tərəvəz dəyər zənciri iştirakçıları (minimum 10 üzv), o cümlədən kənd təsərrüfatı xidməti təminatçıları; üzvlərinin maksimum 10 ha torpaq sahəsi olduğu fermer birlikləri; kooperativlər və birliklər; minimum 20 meyvə-tərəvəz istehsalçısı və ya yetişdiricisi ilə birləşmiş meyvə-tərəvəz aqreqatorları; qadınlar və ya gənclər (18-29 yaş) qrupları (minimum 10 üzv) və digər birgə təşəbbüslər müraciət edə bilər.

Müraciət üçün son tarix mayın 10-dur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

10 May 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,