Aİ tərəfindən maliyyələşdirilən Qara Dəniz QHT Forumu tərəfindən Qara dəniz regionunda çalışan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və ekspertlərinin layihə təkliflərinin qəbuluna başlanıb.
Sözügedən QHT Forumu Yerdəyişmə Fondu vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarının regional əməkdaşlığa cəlb edilməsi məqsədilə onların potensialını artıran qabaqcıl təcrübə, uğurlu alətlər və layihələrin mübadiləsini təşviq etməyə çalışır. Layihə təlim, seminar, işçi qrupu görüşləri və məlumat xarakterli səfərlər kimi fəaliyyətləri dəstəkləyəcək.
Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və ekspertlər iştirak edə bilərlər.
Ərizə ilə müraciət üçün son tarix 20 fevraldır.
2008-ci ildə Rumıniya Xarici İşlər Nazirliyi və Avropa Komissiyasının dəstəyi ilə Rumıniyanın NGDO-FOND platforması tərəfindən yaradılmış Qara Dəniz QHT Forumu Qara dəniz regionunda QHT-lərin potensialını gücləndirmək, onlar arasında dialoq və əməkdaşlığı artırmaq məqsədi daşıyır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,