Plastikdən incəsənətə: Azərbaycandakı Gənc Avropa səfirləri sizi Bakıda keçiriləcək seminara dəvət edirlər 
Oktyabr 11, 2024

Plastikdən incəsənətə: Azərbaycandakı Gənc Avropa səfirləri sizi Bakıda keçiriləcək seminara dəvət edirlər 


Oktyabrın 27-də Gənc Avropa səfirləri (YEAs) sizi ətraf mühitin qorunması və yaradıcılığın birləşməsinə həsr olunmuş “EU4Environment: plastikdən incəsənətə” adlı unikal tədbirə qatılmağa dəvət edirlər. 

Sözügedən tədbir Aİ tərəfindən maliyyələşdirilən “EU NEIGHBOURS EAST” proqramı çərçivəsində Türkiyədə ətraf mühit və dayanıqlıq məsələləri sahəsində aparıcı qeyri-hökumət təşkilatı olan “Let’s Do it Türkiye” ilə birgə Azərbaycandakı Gənc Avropa səfirləri tərəfindən təşkil olunur.

Ekspertlərin dayanıqlığa dair çıxışlarından sonra yalnız 25 iştirakçıya plastik tullantılardan incəsənət əsəri yaratmağa imkan veriləcək. Ən təsirli əl işləri COP29-da nümayiş ediləcək.

Materiallar, bələdçi və digər fəaliyyətlər üçün xərclər qarşılanır.

İştirak etmək üçün 24 oktyabr 12:00-a qədər qeydiyyatdan keçin.

Tədbirin təfərrüatları:

  • Tarix: 27.10.2024
  • Vaxt: 15:00 – 18:00
  • Məkan: Bakı, Azərbaycan (Dəqiq ünvan iştirakçılara göndəriləcək).

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.

Daha çox öyrən

Qeydiyyat linki

BAĞLANIŞ TARİXİ:

Oktyabr 24, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,