Onlayn kurs: “Aİ siyasəti və onun tətbiqi: Avropanı çalışdır”
Sentyabr 22, 2021

Onlayn kurs: “Aİ siyasəti və onun tətbiqi: Avropanı çalışdır”


İnsanlar Avropa siyasətinə daha tənqidi yanaşmağa başlayıblar və qloballaşma ilə bağlı problemlərlə mübarizədə daha çox yerli siyasi çıxış yollarına üstünlük verirlər. Aİ siyasətinə münasibətiniz necədir? Kömək edirmi? Cavabınız xeyrdirsə, bu vəziyyəti necə dəyişə bilərik?

Bu kursda Aİ siyasətinin necə formalaşdırıldığını və siyasətin üzv dövlətlərə necə ötürüldüyünü və regional və yerli hökumətlər daxil olmaqla müxtəlif orqanlar tərəfindən necə tətbiq edildiyini öyrənəcəyik. Avropa çoxsəviyyəli idarəetmə quruluşunun çətinliklərini müzakirə edəcəyik. Siyasətin uğursuzluğunun və ya müvəffəqiyyətinin kök səbəblərinə də diqqət yetirəcəyik. Kurs zamanı cari siyasətlə yanaşı, başqa Aİ ölkəsində həyatın qurulmasına dair müxtəlif ekspertlərin fikirləri təqdim olunacaq. Hökumətlər nəfəs aldığınız havanın təmiz olduğuna necə zəmanət verir? Buna kim cavabdehdir?

Öz sahənizdə birlikdə araşdırma apara biləcəksiniz. Fərqli ölkələri və ya bölgələri müqayisə edə biləcəyiniz bir tətbiq araşdırması. Aİ xaricində yaşayırsınızsa, bu problem deyil. Tədqiqatı öz sahənizdə həyata keçirməyiniz və nəticələri digər tədqiqatlarla müqayisə etmək üçün tapşırıqlar hazırlamışıq. Maraqlı oldu sizin üçün? O zaman qoşulun: “Aİ siyasəti və onun tətbiqi: Avropa belə çalışır”.

Təqdimat rolikinə buradan baxın: https://www.youtube.com/watch?v=n3nSN9R3VR4

Aİ-də yaşayırsınızsa və Avropa siyasətinin gündəlik həyatınıza necə təsir edəcəyi ilə maraqlanırsınızsa və ya bacarıqlarınızı yeniləmək istəyən mütəxəssisinizsə və ya Avropa İttifaqı siyasətlərinin necə hazırlandığını və tətbiq olunduğunu anlamaq istəyirsinizsə, bu kurs sizi lazım olan nəzəriyyə və təcrübə ilə təmin edəcək. Materialın xüsusiyyətinə və kursun məqsədinə uyğun olaraq kurs hal-hazırda ödənişsizdir və iştirakçılar üçün ödənişsiz olaraq qalacaq. Rəsmi sertifikat almaq istəyirsinizsə, xərcləri ödəmək üçün müəyyən təhsil haqqı ödənilməlidir.

“Aİ siyasəti və onun tətbiqi: Avropanı çalışdır” adlı kurs Hollandiya Leiden Universitetinin İdarəetmə və Qlobal Əlaqələr Fakültəsi tərəfindən təklif olunan bir onlayn kursdur. İngilis dilində tədris olunan kurs, Avropa siyasətinin gündəlik həyata necə təsir etdiyini öyrənmək istəyən hər kəs və xüsusilə ictimai siyasətçilər üçün nəzərdə tutulub. Kursda Avropa siyasətinin necə yaradıldığı izah edilir; qərar qəbuletmə prosesi, onların yerləşdirilməsi və tətbiqi nəzərdən keçirilir və gələcəkdə siyasətin necə təkmilləşdirilə biləcəyi müzakirə edilir.

Bu kursu müvəffəqiyyətlə tamamlamaq üçün tələbələr həftədə 2-3 saat məşğul olmalıdırlar. 5 həftə davam edən kurs zamanı hər həftə video və oxu tapşırıqları veriləcək. Tələbələr kurs materialı ilə əlaqədar bir sıra qısa yazılı və tədqiqat tapşırıqlarını da yerinə yetirməlidirlər. Bütün tapşırıqları yerinə yetirən və yaxşı qiymətlər alan tələbələr kursu tamamlaya biləcək. Dərslər pulsuzdur, lakin Təsdiqlənmiş tamamlanma sertifikatı üçün cüzi ödəniş tələb olunur. Coursera kursda iştirak etmək istəyən, lakin kursun pulunu ödəyə bilməyən tələbələrə maddi yardım göstərir.

BAĞLANIŞ TARİXİ:

Dekabr 31, 2022

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,