Mədəni əlaqələrə dair qlobal proqramda iştirak etməyə tələsin 
Aprel 28, 2023

Mədəni əlaqələrə dair qlobal proqramda iştirak etməyə tələsin 


Aİ tərəfindən maliyyələşdirilən Mədəni Əlaqələr Platformasının Mədəni Əlaqələrə dair Qlobal Proqramı (GCRP) dünyanın müxtəlif ölkələrində mədəniyyət və yaradıcı sektorlarda çalışan, iqlim dəyişikliyi və ətraf mühit sahəsində fəaliyyət göstərən 40 peşəkar və sahibkarın iştirakı üçün nəzərdə tutulub.

Bu təlim proqramı həyat bacarıqlarını inkişaf etdirmək, biliklərini genişləndirmək, beynəlxalq əlaqələr qurmaq və mədəniyyətlərarası əməkdaşlıqla məşğul olmaq imkanı təklif edir.

İştirakçıların yaşı 25-39 arasında olmalı, beynəlxalq əməkdaşlıq sahəsində azı 3 il təcrübəyə malik olmaqla dövlət, özəl və ya vətəndaş cəmiyyəti təşkilatında işləməli və ya frilanser kimi çalışmalıdırlar.

Bu il GCRP 2023-cü il oktyabr ayının 10-dan 13-dək İspaniyanın Madrid şəhərində keçiriləcək. Proqram İngilis dilində aparılacaq. Müraciət üçün son tarix mayın 28-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Ərizə forması

BAĞLANIŞ TARİXİ:

May 28, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,