IT4Society: Aİ-ŞT Hakatonuna qeydiyyat başladı 
Aprel 6, 2023

IT4Society: Aİ-ŞT Hakatonuna qeydiyyat başladı 


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı (EaP CSF) Şərq Tərəfdaşlığı ölkələrində texnologiya sahəsi ilə maraqlanan şəxsləri Vətədaş cəmiyyəti texnologiyalarının sürətləndirilməsi hakatonu- 2023 üçün qeydiyyatdan keçməyə dəvət edir. 

Hakatonda Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada şəffaflıq və cavabdehliyi yaxşılaşdırmağa, icmaların konkret ehtiyaclarını qarşılamağa və dövlət xidmətlərini təkmilləşdirməyə kömək edən texnoloji həllərin üzərində iş aparılacaq. 

2023-cü il üzrə hakaton 2023-cü il mayın 12-dən iyunun 10-a qədər onlayn formatda təşkil olunacaq. Vətəndaş cəmiyyətini təmsil edən on beş komanda ŞT və Aİ-dən olan mentorlarla, İT sahəsində çalışan peşəkarlarla və qrafik dizaynerlərlə birgə öz prototip layihələri üzərində işləyəcəklər. 

Onlar həmçinin 2023-cü il üzrə Vətəndaş Cəmiyyəti Rəqəmsallaşdırma Mükafatı üçün mübarizə aparacaqlar. Bu mükafat hakaton iştirakçıları tərəfindən təklif olunan bir (və ya daha artıq) texnoloji həllərin tam tərtibatını və işə salınmasını dəstəkləyir. Hər bir qalib üzrə dəstəyin məbləği orta hesabla 10 000 avro təşkil edir. İstisna hallarda bu məbləğ 12 000 avroya qədər artırıla bilər.

EaP CSF Şərq Tərəfdaşlığı ölkələrindən texnoloji həllin mövcud prototipinə və onun təkmilləşdirilməsi üzərində işləmək üçün minimum texniki bacarıqlara malik komandalardan ərizələr qəbul edir. Müraciətlərin təqdim olunması üçün son tarix 24 apreldir.

Şərq Tərəfdaşlığı və Aİ-dən hakaton komandalarına prototipləri ilə kömək etməkdə maraqlı olan texniki ekspertlər, İT mütəxəssisləri və qrafik dizaynerləri də müraciət etməyə dəvət olunur. Onlar öz bilik və təcrübələri ilə komandaların bacarıqlarını tamamlayaraq, istədikləri istənilən mövcud komandaya qoşula biləcəklər. Müraciətlərin təqdim olunması üçün son tarix 1 maydır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

May 1, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,