Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı biri və ya Avropa İttifaqından olan 16-26 yaş arası gənclər 3 noyabr tarixinə qədər “Gənc Avropa səfirləri” təşəbbüsünə qoşulmaq üçün müraciət edə bilərlər.
“EU NEIGHBOURS east” layihəsi ərizə qəbuluna 13 oktyabr tarixindən etibarən başlayır. Ərizəçilər aşağıdakı tələblərə cavab verməlidirlər:
Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar. Daha ətraflı məlumatı ərizə forması səhifəsində tapa bilərsiniz.
Müraciət etmək üçün ərizəçilər 3 noyabr 2025-ci il tarixinə qədər bu ərizə formasını doldurub təqdim etməlidirlər.
Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,