BİZ GƏNC AVROPA SƏFİRLƏRİYİK

BİZƏ QOŞUL

Gücümüz fəallığımızda, fəaliyyətlərimizdə və dünyanı yaxşılığa doğru dəyişmək istəyindədir. Biz daima yeni bilik və bacarıqlara yiyələnir, biz bir-birimizi dəstəkləyirik. Sən də bizə qoşul!

BİZ KİMİK?

Mən Gənc Avropa səfiri olmaqdan qürur duyuram. Biz özümüzü qısa olaraq "YEAs" adlandırırıq. Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ və Böyük Britaniyadan olan gənc, yaradıcıkönüllü gənclərdən ibarət fəal şəbəkəni təmsil edirik.

İrina – Aİ-dən olan Gənc Avropa səfiri

Biz Aİ-nin ölkəmizlə əməkdaşlığı və təklif etdiyi imkanlar haqqında məlumatlılığı artırır və çoxlu sayda fəaliyyətlərdə iştirak edirik! Mənə digər gənclərlə dostlaşmaq imkanı verən bu şəbəkəni çox sevirəm.

Sofi – Ermənistandan olan Gənc Avropa səfiri

FƏALİYYƏTİMİZ NƏDƏN İBARƏTDİR?

Biz gender bərabərliyi, insan hüquqları və ətraf mühit kimi mühüm mövzularla bağlı məlumatlılığı artırırmaqla real nəticələr əldə edirik. Gücümüz müxtəlif mədəniyyətləri və bizi unikal edən tərəflərimizi təşviq etməyimizdədir.

Freya – Aİ-dən olan Gənc Avropa səfiri

Biz yerli icmalara kömək edirik və bu yolla da şəbəkəmiz real dəyişikliklər əldə edir. Seminarlar, tədbirlər, filmlərin nümayişi və açıq havada tədbirlər təşkil edirik. Biz məktəbləri, universitetləri, ictimai sərgiləri ziyarət edirik. Hətta reseptlər paylaşırıq... bu siyahının sonu yoxdur!

Rafael – Azərbaycandan olan Gənc Avropa səfiri

BACARIQLARIMIZI NECƏ İNKİŞAF ETDİRİRİK?

Mən bütün istiqamətlərdə inkişaf edirəm. Bizim ictimai çıxışlar, məqalələr yazmaq, tədbirlər təşkil etmək, Avroklublar, multimedia məzmunu yaratmaq kimi çoxlu imkanlarımız var. Şəbəkəmiz sənin də şəbəkən ola bilər, biz yeni ideyaları sevirik!

Valeriya – Moldovadan olan Gənc Avropa səfiri

Yerli fəaliyyətlərdən tutmuş milli, regional və beynəlxalq tədbirlərdə iştiraka qədər mühüm mövzular haqqında ictimaiyyət qarşısında çıxış etməyi öyrəndim. Mən həmçinin ömürlük dostlar qazandım.

Luka – Gürcüstandan olan Gənc Avropa səfiri

BİZİ FƏRQLİ EDƏN NƏDİR?

Bu çətin dövrdə ölkəmin müdafiəsi üçün səsimi ucalda bildiyim üçün çox şanslıyam. Mən bacarıqlarımı xeyli inkişaf etdirdim və səsimin vacib olduğunu gördüm. Sizi də gələcəyimiz üçün səsinizi ucaltmağa səsləyirəm.

#StrongerTogether

Nataliya – Ukraynadan olan Gənc Avropa səfiri

NECƏ YEA OLA BİLƏRƏM?

Daha ətraflı öyrənmək istəyirsən? Bizimlə əlaqə saxla: [email protected]