Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı biri, Avropa İttifaqı və ya Böyük Britaniyadan* olan 16-26 yaş arası gənclər 24 fevral tarixinə qədər “Gənc Avropa səfirləri” təşəbbüsünə qoşulmaq üçün müraciət edə bilərlər.
“EU NEIGHBOURS east” layihəsi ərizə qəbuluna 4 fevral tarixindən etibarən başlayır. Ərizəçilər aşağıdakı tələblərə cavab verməlidirlər:
Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar. Daha ətraflı məlumatı ərizə forması səhifəsində tapa bilərsiniz.
Müraciət etmək üçün ərizəçilər 24 fevral 2025-ci il tarixinə qədər bu ərizə formasını doldurub təqdim etməlidirlər. Müraciət edənlərdən təşəbbüsdə iştirak etməkdə maraqlı olduqlarını nümayiş etdirmək üçün bir videoçarx təqdim etmək tələb olunur.
Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,