Frilanser araşdırmaçılardan ibarət beynəlxalq qruplar üçün Frilanserlərə Dəstək Proqramı
Sentyabr 10, 2024

Frilanser araşdırmaçılardan ibarət beynəlxalq qruplar üçün Frilanserlərə Dəstək Proqramı


IJ4EU fondunun Frilanserlərə Dəstək Proqramı redaksiyalardan kənarda işləyən jurnalistlərdən ibarət qruplara 20000 avroya qədər qrantlar və əlavə fərdi dəstək, o cümlədən təlim, mentorluq və şəbəkə imkanları təmin edir.

Ümumilikdə, proqram çərçivəsində təlim, mentorluq və şəbəkələşmə imkanları ilə yanaşı, 2024-2025-ci illərdə qrant şəklində təxminən 500000 avro ayrılacaq. Sözügedən proqram Avropa Jurnalistika Mərkəzi (EJC) tərəfindən idarə olunur.

IJ4EU fondu istənilən mövzuda transsərhəd araşdırmalar qəbul edir. Buraya korrupsiya, mənimsəmə və maliyyə cinayətləri, təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə daxildir. Təqdim olunan araşdırmalarda müvafiq ölkələrin ictimai maraqlarına və ya daha geniş Avropa ictimaiyyətinə uyğunluq əsaslandırılmalıdır. 

Azı iki frilanser jurnalistdən ibarət qruplar müraciət edə bilər. Komandalar IJ4EU fondu üçün əsas maliyyəni təmin edən Avropa İttifaqının Yaradıcı Avropa Proqramının tam sektorlararası sütununa qoşulmuş ən azı iki Avropa ölkəsindən olan iştirakçılardan ibarət olmalıdır. Bütün 27 Aİ-yə üzv dövlət və aşağıdakı Aİ-yə üzv olmayan ölkələr iştirak etmək hüququna malikdirlər: Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya və Ukrayna. Digər komanda üzvləri dünyanın istənilən başqa ölkəsindən ola bilər. 

Kriteriyalara uyğunluq milliyyətə (vətəndaşlığa) deyil, yaşayış yerinə (yaşadığınız və işlədiyiniz yer) əsaslanır.

Qrant vəsaitləri əmək haqqı və insan resursları, araşdırma ilə bağlı xərclər, tərcümə və səyahət xərcləri daxil olmaqla, araşdırma və jurnalist məzmununun hazırlanması, tamamlanması və dərc edilməsi üçün lazım olan istənilən xərcləri ödəmək üçün istifadə edilə bilər. Maliyyələşdirmə üçün uyğun olmayan avadanlıq xərcləri (aparat təchizatı) istisna təşkil edir.  

Ərizə ilə müraciət üçün son tarix 28 oktyabrdır. Araşdırmaların növbəti qəbulu 13 yanvar 2025-ci ildə elan ediləcək. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Oktyabr 28, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,