Eurochambres: EU4BCC Şərq Tərəfdaşlığından olan KOB-lar və BDT-lər üçün tərəfdaşların axtarışı üzrə tədbir təşkil edir
Noyabr 16, 2023

Eurochambres: EU4BCC Şərq Tərəfdaşlığından olan KOB-lar və BDT-lər üçün tərəfdaşların axtarışı üzrə tədbir təşkil edir


Aİ tərəfindən maliyyələşdirilən və 2024-cü ilin dekabr ayına qədər uzadılmış “EU4Business: Şirkətlərin əlaqələndirilməsi” layihəsi Şərq Tərəfdaşlığında (ŞT) biznesə dəstək təşkilatlarını (BDT-lər) və kiçik və orta ölçülü sahibkarlıq müəssisələrini (KOB-ları) “Online B2B və BSO2BSO tərəfdaşların axtarışı” adlı onlayn tədbirə qoşulmağa dəvət edir. 

Bu virtual tədbir regionlararası əməkdaşlıq, bilik mübadiləsi və dayanıqlı inkişafı təşviq etmək məqsədilə platforma qismində BDT-lər və KOB-lar üçün ayrıca sessiyalardan ibarət olacaq. 

Tədbir KOB-lara və biznesə dəstək təşkilatlarına şəbəkələr qurmağa və uyğun biznes tərəfdaşları tapmağa imkan verəcək. İştirakçılar qeydiyyatdan keçdikdən sonra mövcud profillərə baxmaq, potensial tərəfdaşlarla əlaqə saxlamaq və təkbətək görüşlər təşkil etmək üçün üzvlər mərkəzinə daxil ola biləcəklər.

EU4BCC layihəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığında KOB-ları dəstəkləyən bütün Aİ fəaliyyətlərini əhatə edən EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilir. 

EU4BCC layihəsi KOB-lara ticarəti təşviq etmək, investisiyaları stimullaşdırmaq və Aİ şirkətləri ilə biznes əlaqələrini gücləndirməkdə kömək etməklə Şərq Tərəfdaşlığı ölkələrində davamlı iqtisadi inkişafı və iş yerlərinin yaradılmasını dəstəkləyir.

Sözügedən tədbir dekabrın 5-də keçiriləcək. İştirak ödənişsizdir, lakin qeydiyyat tələb olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Qeydiyyat linki

BAĞLANIŞ TARİXİ:

Dekabr 5, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,