Avropa Kolleci 2024-2025-ci tədris illəri üzrə ərizə qəbuluna başlayıb – Şərq Tərəfdaşlığı ölkələri üçün təqaüd proqramları mövcuddur.
Oktyabr 27, 2023

Avropa Kolleci 2024-2025-ci tədris illəri üzrə ərizə qəbuluna başlayıb – Şərq Tərəfdaşlığı ölkələri üçün təqaüd proqramları mövcuddur.


Avropa Kolleci 2024-2025-ci tədris ili üçün Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələrə təqaüdlə magistr təhsili almaq imkanı verir.

Avropa Kollecinin Belçika, Polşa və Albaniyada kampusları fəaliyyət göstərir və tələbələrə bir neçə müxtəlif Magistr proqramları təklif edilir. Avropa iqtisadiyyatı, Avropa hüququ, Avropa siyasi və idarəetmə tədqiqatları və ya Aİ beynəlxalq əlaqələri və diplomatiyası adlı proqramlar mövcuddur.

Ərizələrin son qəbulu tarixi 16 noyabr 2024-cü ildir.

Magistr təhsili üzrə proqramlarda təhsil haqqı var, ancaq Avropa Kolleci 2024-2025-ci tədris illəri ərzində Avropa Kollecində doktorantura təhsili almaq üçün Avropa Qonşuluq ölkələri, eləcə də Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan universitet məzunlarına çoxlu sayda təqaüd təklif edir. Bu təqaüdlər tələbələrin təhsil ilə bağlı xərclərini, yerləşmə, qidalanma və səyahət xərclərini qarşılayır.

Natolində yerləşən Avropa Kolleci həmçinin 2024-2025-ci tədris ilində Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələrə Avropaşünaslıq üzrə magistr elmi dərəcəsi üçün əlavə tam təqaüdlər təklif edir. Təqaüdlər təhsil haqqı, qidalanma və kampusda qalma xərclərini qarşılayır və “EU4Youth III faza Gənclərin məşğulluq və sahibkarlıq imkanlarının təşviqi” proqramı çərçivəsində maliyyələşdirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

ENP təqaüdləri

Digər əlçatan təqaüdlər

BAĞLANIŞ TARİXİ:

Noyabr 16, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,