EU4LANKARAN: Azərbaycanda meyvə-tərəvəz sahəsində qrant müsabiqəsi 
Aprel 13, 2023

EU4LANKARAN: Azərbaycanda meyvə-tərəvəz sahəsində qrant müsabiqəsi 


EU4LANKARAN proqramı Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz emalı sahəsində fəaliyyət göstərən istehsalçılar arasında qrant müsabiqəsi elan edib.  

Müsabiqə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən icra olunan “Lənkəran-Astara İqtisadi Rayonunda Meyvə-Tərəvəz Sektorunda Rəqabət Qabiliyyətinin, Əməkdaşlığın və Müasirləşmənin Təşviqi” layihəsi çərçivəsində təşkil olunur. 

Layihənin məqsədi meyvə-tərəvəz emalı sahəsində çalışan sahibkarları müasir (istehsal, emal, logistika, marketinq) vasitələr və xidmətlərlə təmin edərək onların səriştəsini artırmaqdır. 

Ümumi dəyəri 3 milyon avro olan dəstək mexanizminin resurslarından yararlanmaq üçün azı 35 benefisiar seçiləcək. Kəndlərdə yaşayan ailələrin üzvləri, fəhlələr və digər iştirakçılar daxil olmaqla ümumilikdə azı 3 000 nəfərin layihədən uzunmüddətli perspektivdə bütün səviyyələrdə faydalanacağı gözlənilir.

Müraciət üçün son tarix mayın 1-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

May 1, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,