EU4Digital proqramının “Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinə” dair seminarına siz də qatılın
Mart 18, 2024

EU4Digital proqramının “Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinə” dair seminarına siz də qatılın


EU4Digital proqramı Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinin icrasına yönəlmiş fəaliyyətlərə başlamaq üçün bütün maraqlı tərəfləri 27 mart tarixində keçiriləcək onlayn seminara qatılmağa dəvət edir.

EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsi seminarı Şərq Tərəfdaşlığı ölkələrinin telekommunikasiya üzrə milli tənzimləyici orqanları ilə əməkdaşlıq çərçivəsində təşkil edir.

Fəaliyyətin və seminarın məqsədi Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinin prinsiplərini Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən olan müvafiq maraqlı tərəflərə təqdim etməkdir.

Seminardan sonra EU4Digital proqramı çərçivəsində cari vəziyyət və potensial maraq sahələri haqqında sorğunun keçirilməsi planlaşdırılır. Alınan cavablar gələcəkdə bu fəaliyyətə dəstək üçün zəmin yaradacaq və Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilə biləcək potensial təşəbbüslərin siyahısının hazırlanmasına imkan yaradacaq. 

Seminar 27 mart tarixində saat 11:00-14:00 (Mərkəzi Avropa vaxtı ilə) arası onlayn formatda keçiriləcək. 

Seminara qatılmaq üçün e-poçt ünvanı vasitəsilə təşkilatçılar ilə əlaqə saxlayın.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 27, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,