EU4Digital Akademiyası: kibertəhlükəsizlik üzrə üç yeni pulsuz təlim kursu
Fevral 27, 2026

EU4Digital Akademiyası: kibertəhlükəsizlik üzrə üç yeni pulsuz təlim kursu


EU4Digital Akademiyası kibertəhlükəsizlik sahəsində biliklərin artırılması məqsədilə Aİ tərəfindən maliyyələşdirilən “CYRUS” adlı elektron təlim platforması ilə əməkdaşlıq etməyə başlayıb. Akademiya özünün uğurlu “Kibertəhlükəsizlik” üzrə kursu ilə yanaşı, ödənişsiz təlim materiallarından ibarət onlayn kataloqunu “CYRUS” platformasının bu sahəyə dair üç yeni kursu ilə daha da zənginləşdirib.

“CYRUS” kursları ingilis dilindədir və “ Kibertəhlükəsizlik mədəniyyəti və insan davranışı”, “Ən geniş yayılmış 10 təhlükəsizlik məsələsi və onların həlli” və “Şantaj məqsədilə hazırlanmış proqram təminatı” mövzularını əhatə edir.

“Kibertəhlükəsizlik mədəniyyəti və insan davranışı”

Bu kurs İnsan Resursları üzrə rəhbərlər, satınalma üzrə mütəxəssislər, təchizat zənciri menecerləri və ofis işçiləri kimi texniki sahədə çalışmayan peşəkarlar üçün hazırlanıb. Məqsəd kibertəhlükəsizliklə bağlı risklər və görüləcək tədbirlərin strategiyaları haqqında bilikləri dərinləşdirməkdir. Kursda insan faktorunun kibertəhlükəsizlik sahəsindəki mühüm rolu önə çəkilir və təhlükəsizliklə bağlı insidentlər zamanı və onlardan sonra effektiv kommunikasiya strategiyaları təqdim olunur.

“Ən geniş yayılmış 10 təhlükəsizlik məsələsi və onların həlli”

Dörd hissədən ibarət olan bu kurs təhlükəsiz, dayanıqlı sistemlər qurmaq və ümumi proqramlaşdırma səhvlərinin qarşısını almaq istəyən proqram təminatı tərtibatçıları və veb-tətbiq mühəndisləri üçün nəzərdə tutulub. Təlim materialları tipik veb-boşluqları, onların bazadan tutmuş müasir AJAX və HTML5 əsaslı frontend həllərinə qədər bütün tətbiqlərə təsirini əhatə edir. Materialda həmçinin müxtəlif platformalara xas təhlükəsizlik məsələləri araşdırılır və qarşısı alınması tələb olunan ümumi proqramlaşdırma xətaları diqqətə çatdırılır. Canlı praktiki məşğələlər vasitəsilə iştirakçılar daha təhlükəsiz kod yazmağı öyrənirlər.

“Şantaj məqsədilə hazırlanmış proqram təminatı”

Bu kurs şirkət şəbəkələrinə, məlumatlarına və cihazlarına girişi olan şəxslər, xüsusən də nəqliyyat, istehsalat və kiçik və orta sahibkarlıq (KOB-lar) sektorunda çalışanlar üçün hazırlanıb. Kursda şantaj məqsədilə hazırlanmış proqram təminatı hücumlarının qarşısını almaq və onlara qarşı effektiv cavab vermək üçün zəruri bilik və bacarıqlar təqdim edilir. Kurs şantaj məqsədilə hazırlanmış proqram təminatının iş prinsiplərini, ondan qorunma strategiyalarını və insidentlərin idarə edilməsini əhatə edir. İştirakçılar təşkilatlarını daha yaxşı qorumaq üçün praktiki alətlərdən və real təcrübələrdən istifadə edərək sistemləri təhlükəsiz saxlamaq, məlumatları bərpa etmək və hüquqi tələblərə əməl etmək yollarını öyrənirlər.

EU4Digital Akademiyası Şərq Tərəfdaşlığı ölkələrinə uyğun təlim kursları təqdim etmək məqsədilə ən yaxşı təminatçılar və platformalarla əməkdaşlıq edir.

CYRUS onlayn təlim platforması bütün səviyyələrdə olan işçilərin, sahibkarların və vətəndaş cəmiyyəti təşkilatlarının kibertəhlükəsizlik bacarıqlarını təkmilləşdirmək üçün təlimlər təklif edir. Burada əsas diqqət nəqliyyat və istehsalat sektorları ilə yanaşı, kiçik və orta sahibkarlıq (KOB-lar) subyektlərinə yönəldilir. Aİ tərəfindən maliyyələşdirilən “CYRUS” layihəsi EIT Manufacturing daxil olmaqla 11 tərəfdaş təşkilat tərəfindən icra olunur.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” kursu

BAĞLANIŞ TARİXİ:

Dekabr 31, 2026

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,