“Erasmus+ Günləri 2023”:  Tədbirinizi həyata keçirin!
Sentyabr 6, 2023

“Erasmus+ Günləri 2023”:  Tədbirinizi həyata keçirin!


9-14 oktyabr tarixlərində 7-ci dəfə Erasmus + Günləri keçiriləcək. Erasmus+ Günləri Aİ-nin təhsil, təlim, gənclər və idman üzrə layihə və mübadilələrinə dəstək verən “EU’s flagship” proqramına həsr olunur. Bu günlər çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər və təşəbbüslər təşkil edilir və bu tədbirlərə Erasmus+ layihəsində iştirak edən və etməyən istənilən şəxs qoşula bilər.

Proqram tədbir təşkil etmək və ya iştirak etmək istəyində olan, hazırda və ya daha əvvəl Erasmus+ tərəfindən maliyyə dəstəyi alan benefisiarları yaşadıqları ölkələrdə Erasmus+ proqramlarının icrası ilə məşğul olan Milli agentliklər və ya Milli Erasmus+ ofisləri ilə əlaqə saxlamağa dəvət edir.

Tədbirlərin 13 oktyabr saat 12:00-a qədər (Mərkəzzi Avropa vaxtı ilə) Erasmus+ internet səhifəsində qeydiyyatdan keçirilməsi tələb olunur. 

Erasmus+ Günləri ilk dəfə 2017-ci ildə Erasmus+ proqramının 30-cu ildönümü münasibətilə keçirilib. Bir sıra tədbirlər vasitəsilə proqramın nailiyyətləri və onun insanların həyatındakı faydaları nümayiş etdirilir. Belə tədbirlər həmçinin potensial benefisiarlar üçün daha ətraflı məlumat almaq və proqrama qoşulmaq üçün bir fürsət rolunu oynayır.

2022-ci ildə Erasmus+ proqramının benefisiarları 58 ölkədə 6295 tədbir təşkil edib..

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Erasmus+ internet səhifəsi

BAĞLANIŞ TARİXİ:

Oktyabr 13, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,