Dayanıqlı Enerji Həftəsi çərçivəsində ölkənizdə bu sahədə bacarıqların inkişafına yönəlmiş tədbir təşkil edin
May 25, 2023

Dayanıqlı Enerji Həftəsi çərçivəsində ölkənizdə bu sahədə bacarıqların inkişafına yönəlmiş tədbir təşkil edin


Dayanıqlı Enerji Həftəsi Günləri dünyanın hər yerində keçirilir və təmiz enerji və enerjinin səmərəliliyini təşviq etməklə yanaşı, bu sahədə davranışları dəyişməyə və innovasiyaların tətbiqinə həvəsləndirir. Bunlar Avropa İttifaqı Dayanıqlı Enerji Həftəsinin (EUSEW) mühüm komponentləridir. Hər il keçirilən bu həftə Avropada bərpa olunan enerji və enerjidən səmərəli istifadə mövzusuna həsr olunur və adətən 20-22 iyun tarixlərində təşkil olunur.

2023-cü ildə Dayanıqlı Enerji Günləri 30 iyun tarixinədək təşkil olunacaq. Bu tədbirlərdə müxtəlif mövzuları əhatə edən hər cür formatda və müddətdə tədbirlər təşkil olunacaq. Dayanıqlı Enerji Günü ilə bağlı təşkil olunacaq tədbirlərdə bu sahədə məlumatlılığın artırılması, konkret fəaliyyət, yaxud müəyyən bir texnologiya və ya siyasət diqqət mərkəzində ola bilər. Belə tədbirlər yerli icma, yaxud bütöv regionun əhalisi üçün təşkil oluna bilər. Dayanıqlı Enerji Günləri dövlət, yaxud özəl binalarda, eləcə də bağlı, yaxud açıq məkanlarda keçirilə bilər. Ötən illərdəki tədbirlər məktəblərdə, parklarda, şəhər meydanlarında, fabriklərdə və konfrans zallarında keçirilib. 

Avropa Bacarıqlar İli çərçivəsində Avropa ölkələri vətəndaşlarını təmiz enerji üzrə keçidə hazırlamaq üçün lazimi bacarıqlarla təmin etməyə yönəlmiş tədbirlər xüsusilə arzuolunandır. 

İstənilən auditoriya üçün istənilən şəxs tərəfindən təşkil edilə bilən Dayanıqlı Enerji Günü üçün tədbirdə təmiz enerji və enerjinin səmərəliliyinin əhəmiyyəti açıq şəkildə vurğulanmalıdır. Təşkil ediləcək tədbirlər ödənişsiz olmalı və azı 10 nəfər iştirakçıdan ibarət olmalıdır.

Dayanıqlı Enerji Günü üçün tədbir təşkil etmək məqsədilə ərizələrin son qəbulu tarixi 15 iyundur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Avropa Dayanıqlı Enerji Həftəsi (EUSEW)

BAĞLANIŞ TARİXİ:

İyun 15, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,