Blue Book: Avropa Komissiyasında beş aylıq təcrübə proqramlarında iştirak üçün müraciət edin
İyul 17, 2024

Blue Book: Avropa Komissiyasında beş aylıq təcrübə proqramlarında iştirak üçün müraciət edin


2025-ci ilin mart ayında başlayacaq təcrübə proqramlarına artıq qeydiyyat başlanıb.

Ərizə ilə müraciət edən şəxslər Brüssel, Lüksemburq və 27 Aİ-yə üzv dövlətindəki milli ofisləri daxil olmaqla, Avropa Komissiyasının bir çox departament, xidmət və agentliklərində mövcud təxminən 1 000-ə yaxın vəzifəyə müraciət etmək imkanı qazanacaq.

Bütün Aİ ölkələrinin vətəndaşları seçim kriteriyalarına uyğundur və məhdud sayda vəzifələr Şərq Tərəfdaşlığı ölkələrindən olan şəxslər daxil olmaqla, Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub.

Təcrübə proqramı iki növə bölünür: Tərcümə üzrə Baş Direktoratına (DGT) daxil olan inzibati və tərcümə üzrə təcrübə proqramları. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzində (JRC) tədqiqat üzrə təcrübə proqramları da mövcuddur.

Təcrübə proqramı iştirakçıları Avropa Komissiyası, onun xidmətləri və agentlikləri ilə əsasən Brüsseldə, həmçinin Lüksemburqda və Avropa İttifaqının digər ölkələrində işləyirlər.

Potensial namizədlər bakalavr dərəcəsi və ya ona bərabər dərəcəyə malik olmalı, Aİ təsisatlarında altı həftədən çox olmayan hər hansı iş təcrübəsinə malik olmamalı və ən azı iki Aİ ölkəsinin dilində sərbəst danışmalı və onlardan biri ingilis, fransız və ya alman dili olmalıdır. 

Təcrübə proqramı iştirakçılarında Avropaya dair məsələlər ilə bağlı geniş dünya görüşünə malik olmaq, Avropa Komissiyasının fəaliyyətinə maraq göstərmək, fəal yanaşma və multikultural mühitdə işləmək istəyinin olması arzuolunandır.

Seçilmiş şəxslər yaşayış xərclərini ödəmək üçün 1 376 avro qrant alacaqlar, lakin öz təşəbbüsləri ilə yaşayış yerlərini təşkil etmələri tələb olunacaq.

Təcrübə proqramı iştirakçısının gündəlik işi görüşlərdə, iş qruplarında və ictimai dinləmələrdə iştirak etmək və onları təşkil etmək, sənədləri araşdırmaq, vətəndaşların sorğularına cavab vermək və layihənin idarə edilməsini dəstəkləmək daxil olmaqla, müxtəlif tapşırıqlar toplusundan ibarətdir.

Müraciət prosesi Avropa Komissiyasının Autentifikasiya Xidməti (Aİ logini) vasitəsilə həyata keçiriləcək və müraciət edən şəxslər burada qeydiyyatdan keçməlidirlər.

Ərizələrin son qəbulu tarixi 30 avqust 2024-cü ildir.

Daha çox öyrən

Blue Book təcrübə proqramı

BAĞLANIŞ TARİXİ:

Avqust 30, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,