“Bələdiyyə sədrlərinin razılaşması – East” layihəsi Azərbaycan, Ermənistan, Moldova və Ukraynadakı dayanıqlı bələdiyyələr üçün müsabiqəyə start verib
Mart 20, 2026

“Bələdiyyə sədrlərinin razılaşması – East” layihəsi Azərbaycan, Ermənistan, Moldova və Ukraynadakı dayanıqlı bələdiyyələr üçün müsabiqəyə start verib


“Bələdiyyə sədrlərinin razılaşması – East” layihəsi 15 illiyini qeyd edir və aşağı karbonlu və iqlimə dayanıqlı inkişaf yolunda liderlik edən bələdiyyələri tanımaq üçün milli müsabiqə elan edir. 

Müsabiqə Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Ermənistan, Moldova və Ukrayna) layihəyə qoşulan bütün aktiv bələdiyyələr üçün nəzərdə tutulub. İstənilən ölçüdə olan bələdiyyələr və yalnız bir dəfə müraciət təqdim edə bilər. Müraciət edən bələdiyyələrin Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (SECAP) hazırlanmış olmalıdır.

Qaliblər 20 may 2026-cı il tarixində Kişinyovda (Moldova Respublikası) keçiriləcək konfransda mükafatlandırılacaqlar. Sertifikatlardan əlavə, qaliblər layihənin kanalları vasitəsilə tanıdılacaq və ağacəkmə və ya yerli maarifləndirmə kampaniyaları kimi gələcək fəaliyyətlər üçün 1000 avroya qədər kiçik qrant əldə edə biləcəklər.

Balanslı təmsilçiliyin təmin olunması məqsədilə Azərbaycan və Ermənistanın hər birindən bir, Moldovadan iki, Ukraynadan isə dörd qalibin müəyyən edilməsi nəzərdə tutulur (Ukrayna üzrə: iri bələdiyyələr üçün iki, orta və kiçik bələdiyyələr üçün isə iki mükafat). Müraciətlərin sayı və keyfiyyətindən asılı olaraq region üzrə əlavə iki qalib də seçilə bilər.

Ərizələrin təqdim olunması üçün son tarix 10 apreldir.

Bələdiyyə sədrlərinin razılaşması East (CoM East) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Aİ-nin iqlim və enerji təşəbbüslərini Şərq Tərəfdaşlığı ölkələrinə təqdim etməyi hədəfləyən bir layihədir.

Daha çox öyrənin

Mətbuat üçün açıqlamaƏrizə formaları erməni, azərbaycan, rumın, ukrayna dillərində mövcuddur.

BAĞLANIŞ TARİXİ:

Aprel 10, 2026

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,