Azadlıq, həmrəylik və bərabərliyin təşviqində cəsarət və nailiyyətlərə görə təqdim olunacaq “Adamoviç Mükafatı 2024” beynəlxalq təşkilatları oktyabrın 31-dək namizədlərini irəli sürməyə dəvət edir.
Namizədlər fərdi şəxs və ya təşkilat olmaqla dünyanın istənilən ölkəsindən təqdim oluna bilər. Namizədlər dözümsüzlük, nifrət nitqi və ksenofobiya ilə fəal mübarizə aparan şəxslər olmalıdırlar.
Namizədlər Avropa Regionlar Komitəsinin, istənilən şəhər və ya regional şuranın üzvləri, eləcə də mükafatın təqdim olunduğu sahələrdə fəal iştirakı və müvafiq təcrübəsi olan beynəlxalq təşkilatlar tərəfindən də təklif oluna bilər.
Adı çəkilən mükafat 1998-ci ildən 2019-cu il yanvarın 13-də qətlə yetirilənə qədər Qdansk şəhərinin meri olan Pavel Adamoviçin adını daşıyır. Pavel Adamoviçin qətlindən əvvəl ona qarşı nifrət dolu nitqlər səslənib.
Bu mükafatın təsis edilməsi həm də dözümsüzlük, radikallaşma, nifrət nitqi, istismar və ksenofobiya ilə cəsarətlə və vicdanla mübarizə aparan, bərabər imkanlar, sosial inteqrasiya və fundamental hüquqları təşviq edən hər kəsin tanınması məqsədini daşıyır.
Namizədlərin irəli sürülməsi üçün son tarix 31 oktyabr 2024-cü ildir.
Keçən il Ukraynanın İnqulka şəhərinin meri Alla Mironova Rusiya işğalı zamanı öz icması naminə göstərdiyi cəsarətli mövqeyə görə Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
2022-ci ildə Münsiflər heyəti 2022-ci ilin mart ayından əsirlikdə olan Ukraynanın cənubundakı Qolaya Pristan şəhərinin meri Aleksandr Babiçin icması üçün səylərini xüsusilə qeyd edib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,