Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları üçün qrant proqramları elan edilir
May 23, 2022

Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları üçün qrant proqramları elan edilir


“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) üçün kiçik qrant proqramlarının icrasına başlayır. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilən bu layihə çərçivəsində VCT-lər üçün iki qrant proqramı elan edilir.

Birinci qrant proqramı VCT-lərin yerli inkişafda iştirakını dəstəkləmək məqsədi daşıyır. İkinci qrant proqramı isə dəlilə əsaslanan siyasətlərin hazırlanmasında, siyasətlərə dair dialoqda və müzakirələrdə vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını dəstəkləmək məqsədi daşıyır.

Əsasən gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, iqlim dəyişikliyi və COVID-19 pandemiyası ilə mübarizə kimi prioritet mövzular ətrafında layihə fəaliyyətləri dəstəklənəcək. Proqram ilə bağlı 25 may 2022-ci il tarixində məlumat xarakterli onlayn tədbir keçiriləcək. Ərizələrin son qəbulu tarixi iyunun 24-dür. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyun 24, 2022

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,