Azərbaycanda miqrasiya mövzusunda yay məktəbi təşkil olunacaq – aprelin 11-dək qeydiyyatdan keçin
07 Aprel 2023

Azərbaycanda miqrasiya mövzusunda yay məktəbi təşkil olunacaq – aprelin 11-dək qeydiyyatdan keçin


Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) azərbaycanlı və ukraynalı tələbələri və gənc mütəxəssisləri ICMPD-nin rəhbərlik etdiyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən iki layihənin birgə təşəbbüsü ilə Azərbaycanda təşkil olunacaq Miqrasiya üzrə Beynəlxalq Yay Məktəbində iştirak etmək üçün müraciət etməyə dəvət edir.

Azərbaycanda yay məktəbi 2023-cü il iyulun 9-dan 15-dək keçirilir.

Bir həftəlik yay məktəbinin proqramına Aİ-də, onun Şərq qonşuluğunda və bütün dünyada miqrasiya ilə əlaqədar mövzular, miqrasiya siyasətinə dair araşdırma yönümlü, çoxsahəli və mütərəqqi mühazirələr, seminarlar və layihələr daxildir. Proqramda araşdırma, praktiki tapşırıqlar və interaktiv müzakirələr də nəzərdə tutulub. 

Ümumilikdə yay məktəbində miqrasiya, jurnalistika, mediaşünaslıq, beynəlxalq hüquq, miqrasiya hüququ, iqtisadiyyat, demoqrafiya, tarix, sosial və siyasi elmlər üzrə təhsil alan 50-dək tələbə iştirak edə bilər.

Oksford Universitetində yerləşən Miqrasiya Rəsədxanası, Sasseks Universiteti, Leiden Universiteti və Maastrixt Universitetinin Ali İdarəetmə Məktəbindən və ICMPD-dən beynəlxalq ekspertlər tələbələrə mühazirələr oxuyacaq və mentorluq edəcəklər.

İştirak pulsuzdur, səyahət və yaşayış xərcləri təşkilatçılar tərəfindən qarşılanır.

Müraciət etmək üçün son tarix 11 apreldir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

11 Aprel 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,