Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi hər kəsi bu bazar Bakıda keçiriləcək “Avropa Təamları” kulinariya festivalında iştirak etməyə dəvət edir.
Tədbir 6 oktyabr saat 12:30-dan 19:00-a kimi Su İdmanı Sarayının arxasındakı Avropa Oyunları Parkında keçiriləcək.
Tədbirə qatılanları Avropa ölkələrinin unudulmaz kulinariya ləzzətləri, canlı musiqi proqramı, müsabiqələr, viktorinalar və digər sürpizlər gözləyir. Festival çərçivəsində böyüklər üçün Avropa İttifaqına üzv dövlətlərin mətbəxinə dair ustad dərsləri, uşaqlar üçün isə “Avropa Təamları” rəsm müsabiqəsi təşkil olunacaq.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,