Azərbaycan: tvinninq layihə üçün tam ştat tərcüməçi vəzifəsinə işçi qəbul edilir
İyul 19, 2023

Azərbaycan: tvinninq layihə üçün tam ştat tərcüməçi vəzifəsinə işçi qəbul edilir


“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (Mərhələ 2)” Tvinninq layihəsi Yerli müşavirə (RTA) tam ştat köməkçi qismində tərcüməçi vəzifəsinə işçi qəbulu elan edir.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Litva Səhiyyə Nazirliyi (VLK) yanında Milli Tibbi Sığorta Fondu, Layihələrin Mərkəzi İdarəetmə Agentliyi (CPMA) Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq səhiyyə xidmətlərinin keyfiyyətinin, bırabərliyinin, səmərəliliyinin və əlçatanlığının yaxşılaşdırılmasında hökumətə dəstək olmaq məqsədi ilə Azərbaycanda milli səhiyyə sektorunun dayanıqlığını gücləndirmək məqsədi daşıyır.

Tərcüməçi vəzifəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yerləşir. Vəzifənin müddəti maksimum 11 aydır.

Tərcüməçi Tvinninq Layihə üzrə müşavirə (RTA) tərcümə işlərində və ekspertlərin qısamüddətli səfərlərində kömək edəcək.

Namizədlər İngilis dilini və Azərbaycan dilini mükəmməl bilməli (həm yazılı, həm də şifahi), dillər, filologiya, tərcümə və oxşar sahələrdə universitet bitirməli, yazılı və şifahi tərcümə ilə bağlı təcrübəsi olmalı və mükəmməl təşkilatçılıq qabiliyyətinə malik olmalıdırlar.

Ərizə ilə müraciət üçün son tarix avqust ayının 1-dir.

Daha çox öyrən

Vakansiya barədə elan

BAĞLANIŞ TARİXİ:

Avqust 1, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,