Aİ tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı (EaP CSF) Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan və Moldovadan olan vətəndaş cəmiyyəti fəallarına və yüksək vətəndaşlıq mövqeyinə sahib şəxslərə dəstək məqsədilə “Həmrəylik təqaüd proqramları” üzrə ərizə qəbuluna başlayıb. Proqramda Ukraynadakı müharibə ilə bağlı vətəndaş cəmiyyətinin təşkil etdiyi fəaliyyətlərə liderlik edən şəxslər iştirak edə bilər.
Ukraynadan olan vətəndaş cəmiyyəti fəalları və ya vətəndaş cəmiyyətinin nümayəndələri ukraynalılar üçün nəzərdə tutulmuş xüsusi ərizə qəbuluna nəzər sala bilərlər.
Ərizəçilər tərəfindən təklif olunan layihələr Ukraynalı qaçqınlara və Ukrayna vətəndaş cəmiyyəti təşkilatlarının fəallarının dəstəklənməsinə, insan hüquqlarının pozulmasına qarşı mübarizəyə və gələcək araşdırmalar üçün sübutların toplanmasına, böhran və qaçqınlar haqqında dezinformasiya kampaniyalarının təsirinin azaldılmasına yönəlməlidir.
Seçilmiş şəxslərə 5 000 avro məbləğində maliyyə dəstəyi veriləcək. Bundan əlavə, adı çəkilən proqram iştirakçılara təşkilati bacarıqlarını inkişaf etdirmək üçün uyğun təlimlərdən faydalanmaq, həmçinin əvvəlki proqramların məzunları ilə əlaqə qurmaq imkanı yaradacaq.
Ərizə formaları istənilən vaxt elektron formatda təqdim edilə bilər. Qəbul edilmiş ərizələr ardıcıl qaydada yoxlanılacaq.
Daha ətraflı öyrən və müraciət et





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,