Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi hər kəsi “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə birgə təşkil edilən ilk Avropa milli geyimlərinin sərgisinə dəvət edir.
Sərgi noyabrın 27-dən 30-dək Bakıdakı Milli Azərbaycan Tarixi Muzeyində baş tutacaq. Tədbir saat 11:00-dan 17:00-dək açıqdır.
FantazEU Festivalı 2018-ci ildən Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilən Fantazia Mədəni İrs Festivalının davamıdır. O, Avropa və Azərbaycan mədəni irsi arasında əlaqələrin nümayişi daxil olmaqla, Azərbaycanda Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır.
Festival öz adını Fantazia hamamından götürüb. Avropa və yerli memarlıq elementlərini özündə birləşdirən hamam 19-cu əsrin sonlarında Bakıda tikilib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,